Musiqili Teatr gələcək planlarını müzakirə etdi
Tarix: 05.09.2018 | Saat: 21:04:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Musiqili Teatrında 109-cu teatr mövsümünün başlanması ilə əlaqədar qurumun bütün əməkdaşları ilə geniş tərkibli iclas keçirilib.
Tədbiri sənət ocağının direktoru, Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev açaraq, əvvəlcə kollektivi təbrik edib, onlara yaradıcılıq uğurları arzulaylıb, sonra isə ötən mövsümdə görülən işləri xatırlatmaqla yanaşı, qarşıda duran vəzifələrdən danışıb: “Yola saldığımız 108-ci teatr mövsümü Dövlət Musiqili Teatrı üçün uğurlu və əlamətdar hadisələrlə zəngin olub. İl boyu Musiqili Teatrda bir çox beynəlxalq və respublika əhəmiyyətli tədbirlər keçirilib. Bir sıra tamaşaların premyeraları olub, aktyorlar beynəlxalq müsabiqələrdə yüksək səviyyədə iştirak ediblər, müxtəlif rəsmi və yaradıcı təşkilatların mükafatlarını qazanıblar. Nümayiş etdirdiyimiz tamaşalar müxtəlif ölkələrin teatr xadimləri, səfirləri və onların nümayəndələri, həmçinin ölkəmizin tanınmış ictimai-siyasi xadimləri, sənət adamlarının çox böyük marağına səbəb olub. Keçən il İran İslam Respublikasında keçirilən 36-cı Beynəlxalq Fəcr Teatr festivalına əməkdaşlarımızın bir ekspert kimi dəvət olunması bir daha sübut edir ki, ölkəmizin hüdudlarından kənarda da Azərbaycan teatr sənətinə, təcrübəsinə çox böyük önəm verilir. Qeyd edim ki, Təbriz Teatrının rəhbəri, aktyor və rejissor Babək Nəhreynin 2017 və 2018-ci illərin Novruz Bayramı günlərində 2 il ardıcıl konsert proqramı ilə çıxış etməsi, bu yaxınlarda Bakıda keçirilən İran Mədəniyyəti Günləri çərçivəsində Titovak Teatrının aktyorlarının iştirakı ilə “İlahi Komediya. Cəhənnəm” tamaşasının nümayişi iki ölkə arasında mədəni inkişafa bir daha yenidən təkan verdi.
Ötən il teatrımız "Sərhədsiz teatr” III Şəki Beynəlxalq Teatr Festivalı çərçivəsində Sumqayıt Dövlət Dram Teatrının səhnəsində məşhur özbək yazıçısı İbrahim Sadıqovun "Molla Nəsrəddinin beş arvadı" iki hissəli komediyasını təqdim edərək mükafata layiq görüldü. Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümü şərəfinə təqdim etdiyimiz "Nuri-didə Ceyhun” (Ə.Əmirli) tamaşasında səhnədə ilk dəfə Ceyhun Hacıbəyli obrazının canlandırılması, "Qodonun intizarında” (F.Qarayev, S.Bekket) absurd tamaşasının premyerasının nümayişi teatr cameəsində çox böyük əks-səda doğurdu.
Biz bir çox yeniliklərə imza atmışıq və bu il də “Bağdadda bir gün” (V.Kolmonovski, E. Sabitoğlu,) “Balaca şahzadə” (A.S. Ekzüperi), “Paris Noterdam kilsəsi” (V.Hüqo) kimi yeni tamaşaların premyeraları nəzərdə tutulur.
Arzu edirəm ki, uğurlarımızın davamı olaraq Musiqili Teatrın Azərbaycan teatr tarixinə verdiyi töfhələr davamlı olsun!”
Tədbirdə boyük gülüş ustası, Xalq artisti, "Şöhrət” ordenli Afaq Bəşirqızı və Xalq artisti, "Şöhrət” ordenli İlham Namiq Kamal çıxış edərək yeni başlayan teatr mövsümündə kollektivi təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıblar.
Müzakirələrdə teatrın yaxın 4 ay üçün repertuar planı təsdiq olunub, hazırlanacaq yeni tamaşalar barədə məlumat verilib.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
“Üçüncü günün adamı” filmi Bolqarıstanda nümayiş etdirilib
21.01.2019
Hacı İsmayılov “Şöhrət” ordeni ilə təltif edilib
21.01.2019
“Vikipediya”da Elza İbrahimova haqqında səkkiz dildə məqalə yaradıldı
21.01.2019
Nəsiminin “Hüseyni” təxəllüsü ilə yazdığı şeirləri aşkarlanıb
21.01.2019
“Gəl, ey səhər“ Tələbə Mahnı Müsabiqəsi keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info