Dövlət peşə təhsili müəssisələrində işləmək istəyənlər üçün sənəd qəbulu başlanıb
Tarix: 05.09.2018 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


Sentyabrın 5-dən dövlət peşə təhsili müəssisələrində işləmək istəyən ümumtəhsil və ixtisas fənn müəllimlərinin, istehsalat təlimi ustalarının işə qəbulu üzrə müsahibə mərhələsi üçün sənədlərin qəbuluna başlanılıb. Təhsil Nazirliyindən bildirilib ki, ümumtəhsil fənn müəllimləri üzrə vakant yerlərə son iki ildə nazirlik tərəfindən keçirilmiş müəllimlərin işə qəbulu üzrə müsabiqənin test mərhələsində müvafiq keçid balı toplamış, ali təhsil müəssisələrini pedaqoji ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli təhsil sənədi (diplom) almış şəxslər müraciət edə bilərlər. İxtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu ali və ya orta ixtisas təhsili müəssisələrini müvafiq ixtisaslar üzrə bitirən təcrübəli mütəxəssislər arasında müsahibə yolu ilə aparılacaq. Namizədlər sənədləri (müraciət forması, şəxsiyyət vəsiqəsinin və təhsil sənədinin surəti) sentyabrın 10-dək Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinə (Nazim Hacıyev, 4) və ya office@vet.edu.gov.az elektron ünvanına təqdim etməlidirlər. Müsahibədə iştirak üçün təqdim ediləcək müraciət formasını və 2018-2019-cu tədris ilində respublikanın şəhər və rayonlarında yerləşən peşə təhsili müəssisələrinə işə qəbul üzrə vakant yerlər barədə məlumatı Təhsil Nazirliyinin internet səhifəsindən əldə etmək mümkündür.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
“İlboyu bilik” proqramının növbəti ünvanı Gəncə olub
20.09.2018
BANM-in “Foundation” tələbələrindən maraqlı faktlar
20.09.2018
Cəfər Cəfərov: “Gənclərin müəllimlik peşəsini seçməsi bu sahəyə marağın göstəricisidir”
20.09.2018
İrəvan xanlığı ilə bağlı əsərlər erməni və fars dillərində çap olunub
20.09.2018
UNEC yeni tədris ilinə yüksək keyfiyyət göstəriciləri ilə start verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info