Yaponiyalı cüdoçu: “Bakıda ardıcıl ikinci titulumu qazanmaq istəyirəm”
Tarix: 05.09.2018 | Saat: 22:56:00 | E-mail | Çapa göndər


“Çempion titulunu qoruyan idmançı kimi, Budapeştdəki çıxışımı təkrarlamaq və ardıcıl ikinci titulumu qazanmaq istəyirəm”. Bunu Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi saytına müsahibəsində Yaponiya yığmasının üzvü Soiçi Haşimoto sentyabrın 20-də Bakıda start götürəcək dünya çempionatındakı hədəfi barədə danışarkən deyib. Ötən il Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş dünya çempionatında qızıl medal qazanan 27 yaşlı cüdoçu bildirib ki, bu cür rəqabət səviyyəsində heç bir təzyiq hiss etməmək çətindir. Yetmiş üç kiloqram çəki dərəcəsindəki son dünya çempionu hər bir turnirdən həzz almağa çalışdığını söyləyib: “Mənim çoxlu rəqibim var. Amma onların hər birinə qarşı fərdi şəkildə hazırlaşmaq üçün heç nə etmirəm. Ən böyük hazırlığım “Mən çempion olacağam” düşüncəsidir. Favorit sayıldığım üçün bu cür rəqabət səviyyəsində heç bir təzyiq hiss etməmək çətindir. Ona görə də təzyiqi qəbul edir və sadəcə, turnirdən həzz almağa çalışıram. Cüdo aləmində çoxlu dostum var. Onlarla birgə işləmək və məqsədləri bölüşmək baxımından bəxtim gətirib. Cüdoya köklənə biləcəyim bir ortamda olduğum üçün hər kəsə - valideynlərimə, dostlarıma, azarkeşlərə, məni dəstəkləyən insanlara minnətdaram”. Qeyd edək ki, Soiçi Haşimoto 2017-ci ilin dünya, 2016-cı ilin Asiya çempionu, 2015-ci il Asiya çempionatının bürünc mükafatçısı, “Böyük Dəbilqə” seriyalı turnirlərdə 6 qızıl, 1 gümüş, 1 bürünc medalın sahibidir. O, ötənilki dünya çempionatının finalında Azərbaycan təmsilçisi Rüstəm Orucovu üstələyib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib
18.09.2018
UEFA Çempionlar Liqası: Məhəmməd Salah Neymara qarşı
18.09.2018
Azərbaycan üzgüçüsü dünya kubok yarışlarında qızıl medal qazanıb
17.09.2018
Mina Abbasova növbəti qələbəsini də Azərbaycana həsr etdi
17.09.2018
“Fənərbağça” beşinci turda qalib gəlib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info