Gədəbəydə vətəndaşların qaldırdığı problemlər həll edilir
Tarix: 26.06.2013 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


“Son vaxtlar bəzi kütləvi informasiya vasitələrində Gədəbəy rayonu və rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov haqqında əsassız və qərəzli yazılar dərc olunur”. Bu barədə “Azadinform”a bir qrup Gədəbəy rayon sakininin göndərdiyi müraciətdə deyilir.
Müraciətdə bildirilir ki, bir ildir icra başçısı təyin olunan Ramiz Yediyarovun işlədiyi müddətdə rayonda ictimai-siyasi vəziyyət sabit olub, tikinti-quruculuq işləri geniş vüsət alıb. Hər həftə təsdiq olunmuş qrafikə əsasən, R.Yediyarovun ayrı-ayrı kəndlərdə əhali ilə keçirdiyi görüşlər zamanı vətəndaşlar tərəfindən qaldırılan problemlərin yerindəcə həlli insanların ölkə prezidentinə olan inamını daha da artırıb: “Son bir ildə Prezident İlham Əliyevin Gədəbəyə qayğısı nəticəsində rayonun Slavyanka, Novosaratovka, 1 saylı Qoşabulaq kənd tam orta məktəbləri tikilərək istifadəyə verilib, Samanlıq və Arıqdam kənd tam orta məktəblərində sürətli tikinti işləri aparılır, Moruxlu və İsalı kənd tam orta məktəblərində tikinti işlərinə başlamaq üçün hazırlıq görülür”.
Müraciətdə qeyd olunur ki, məhz dövlət başçısının tapşırığı əsasında rayon üçün strateji əhəmiyyətə malik olan, 70 kəndin əhalisinin və ərazidə yerləşən “N” saylı hərbi hissənin istifadə etdiyi Novosaratovka kəndində “Fındıqlı” çayı üzərində olan uzunluğu 84 p/m olan körpü yenidən tikilib istifadəyə verilib, Gədəbəy şəhərinin girəcəyində “Çolpan” çayı üzərində uzunluğu 84 p/m olan nəhəng körpüdə son tamamlama işləri aparılır: “Məhz Prezident İlham Əliyevin göstərişlərinə əsasən, uzun illər gədəbəylilərin arzusunda olduğu 56 km uzunluğunda Gədəbəy-Novosaratovka-Qaravəlilər avtomobil yolunda hazırda da tikinti işləri davam etdirilir. Eyni zamanda sərhəd bölgəsində yerləşən kəndlərin də qazlaşdırılması işləri aparılır. Bütün bunlar rayon əhalisinin, eləcə də sərhəd bölgəsində yaşayan əhalinin sevincinə səbəb olub. Son bir il ərzində Düzyurd-Dəyəqarabulaq, Düzyurd-Miskinli, Gərgər-Şəkərbəy avtomobil yolları təmir edilib, şəhərin küçə və səkiləri genişləndirilərək əsaslı təmir olunub”.
Müraciətdə bildirilir ki, hazırda yol kənarında yerləşən yöndəmsiz ticarət obyektlərindən 15-i yenidən müasir tələblər səviyyəsində qurulmaqdadır, həmçinin rayon rəhbərliyinin təşəbbüsü ilə tikinti materiallarının satışı üçün şəhərin kənarında yeni satış mərkəzi açılıb.
Gədəbəydə mərkəzi bazarla bağlı gedən yanlış informasiyalara münasibət bildirən müraciət müəllifləri qeyd ediblər ki, hazırda şəhərin kənarında müasir tələblərə cavab verən yeni bazar tikilməkdədir: “Ümid edirik ki, yeni bazar avtomobil tıxaclarının qarşısını alacaq, antisanitar vəziyyəti aradan qaldıracaq. Görünür, rayonda ictimai sabitliyi gözü götürməyən bəzi ünsürlər bazar məsələsindən bir alət kimi istifadə etməyə cəhd göstərirlər”.
Günay




 
Bölməyə aid digər xəbərlər
20.09.2019
AccessBank-da vakansiya
20.09.2019
Bankda işləmək istəyənlərin nəzərinə
20.09.2019
“Veysəloğlu” işçi axtarır
20.09.2019
Şirkət işçi axtarır
19.09.2019
“Qida təhlükəsizliyi haqqında” qanun qəbul olunacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 В Великобритании перешли на систему образования СССР
2 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
3 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
4 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”
5 Gömrükçülər 2 milyon manatlıq dərman preparatları aşkarlayıblar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info