Avropaya təzyiq artır: ABŞ-ın ticarət blokadası üzrə ixtisaslaşan emissarı Almaniyada
Tarix: 06.09.2018 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


“Handelsblatt”: “ABŞ iqtisadi qüdrətindən heç vaxt indiki kimi birtərəfli güc kimi istifadə etməyib. Vaşinqtonda hesab edirlər ki, Avropa şirkətləri ABŞ siyasi kursunu izləməyə məcburdurlar”:

ABŞ Dövlət Departamentinin siyasi planlaşdırma üzrə direktor müavini Devid Tessler Almaniyada səfərdədir. Xatırladaq ki, Tessler ticarət blokadalarının təşkili üzrə ixtisaslaşan kadr kimi tanınır. Almaniyanın aparıcı media orqanlarından biri olan “Handelsblatt” yazır ki, amerikalı emissarın səfəri ilə bağlı Almaniya siyasi elitasında narahatlıq yaşanır. Bu narahatlıq səbəbsiz deyil. Almanlar yaxşı bilirlər ki, emissarın səfəri “Şimal axını-2” layihəsi ilə bağlıdır. Layihə ilə bağlı real təhlükənin qapıda olduğu artıq hiss olunmağa başlayıb. Qəzet yazır ki, Almaniya ABŞ-ı layihənin əleyhinə olan mövqedən daşındırmaq üçün lazım olan gücə malik deyil. Məqalə müəllifləri olan Klaus Ştrattman və Moritça Kox yazırlar ki, ABŞ iqtisadi qüdrətindən heç vaxt indiki kimi birtərəfli güc kimi istifadə etməyib. ABŞ açıq şəkildə iqtisadi gücünü nümayiş etdirir. Məqalədə qeyd edilir ki, ABŞ üçün öz firmalarına hansısa layihədə iştirakı qadağan etmək kifayət deyil. Onlar Avropa şirkətlərinin də onların sözü ilə hərəkət etməsini istəyirlər. Vaşinqtonda hesab edirlər ki, Avropa şirkətləri ABŞ siyasi kursunu izləməyə məcburdurlar. Alman iş dünyası Rusiya ilə bizneslərinə görə qorxurlar. Hətta çoxmilyardlı “Şimal axını-2” layihəsi təhlükə altındadırsa, onda digər şirkətlər qorxmaqda haqlıdırlar. Alman diplomatlar hesab edirlər ki, ABŞ ticarət blokadalarına başlayıb, onun əvəzini isə almanlar ödəməlidir. Ona görə də Almaniya diplomatiyası hesab edir ki, amerikalılarla müzakirə edilən məsələləri çox də üzə çıxarmaq lazım deyil. Çünki müzakirələr və onların nəticələrinin Tramp administrasiyası tərəfindən necə qəbul ediləcəyi bəli deyil. Çünki hazırda ABŞ-ın xarici siyasəti institutlaşmış halda deyil və Ağ Evin sahibinin əhval-ruhiyyəsindən asılıdır. Rusiya ilə bağlı məsələ də qeyri-müəyyəndir. Məsələ ondadır ki, Moskva Vaşinqtonla münasibəti iki xətlə həyata keçirir. Birincisi Trampla, ikincisi Konqreslə. Belə olan halda alman biznesi ABŞ daxili siyasətindəki çəkişmələrin girovuna çevrilmiş olur. Nəşr yazır ki, ötən həftə “Uniper” şirkətinin “Şimal axını-2” layihəsindən çıxacağı ilə bağlı məlumat yayılıb. Qeyd edilirdi ki, şirkət ABŞ sanksiyalarına məruz qalmamaq üçün layihəni tərk etməyə hazırlaşır. Amma sonradan bu məlumat şirkət direktoru Kristofer Delbryuk tərəfindən təkzib edildi. Hazırda Almaniya iş dünyası ABŞ-da Demokrat və Respublikaçı senatorların birgə hazırladığı “Amerika təhlükəsizliyinin Kremlin təcavüzündən qorumaqla bağlı qanun”la tanış olur. Bununla yanaşı Rusiyanın ABŞ-da keçirilən seçkilərə müdaxiləsi ilə bağlı yeni cəza tədbirlərini özündə ehtiva edən başqa bir layihə də hazırlanır. Nəşr yazır ki, sanksiya siyasəti o zaman uğurlu olur ki, onun konkret məqsədi olsun. Sadəcə cəzalandırmaqla bağlı olan sanksiyalar bu palana uğurlu deyil. “Handelsblatt” sonda yazır ki, Almaniya hökumətinin amerikalılara təsir rıçaqları yoxdur.
Anar Miriyev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Merkel Avropa İttifaqının öz ordusunun yaradılması tərəfdarıdır
14.11.2018
Tramp İrana görə Tereza Meyi tənqid etdi
14.11.2018
Türkmənistan qazı TAPI boru kəməri ilə iki il ərzində Pakistana çatdırılacaq
14.11.2018
İraqın şimalında 19 terrorçu zərərsizləşdirilib
14.11.2018
Jan-Klod Yunkerin xələfi olmağa ən şanslı namizəd kimdir?

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info