“Euronews”: “Şəki Qafqazın incisidir”
Tarix: 26.06.2013 | Saat: 01:11:00 | E-mail | Çapa göndər


“Euronews” telekanalında qədim Azərbaycan şəhəri Şəki haqqında “Şəki Qafqazın incisidir: ipək, çay və saraylar” adlı reportaj göstərilib. Süjetdə deyilir ki, Şəki Böyük İpək Yolunun üzərində yerləşir. Lakin bu günün özündə də Şəki bazarı regionun hər yerindən ticarət adamlarını və alıcıları cəlb edir.
Süjetdə deyilir: “XV əsrdən etibarən bu şəhər əla növ ipəyin istehsal olunduğu yer kimi məşhurdur. Şəki bütün Qafqazın ipəkçilik mərkəzinə çevrilib. Dünyanın ən böyük ipəkəyirmə fabriklərindən biri ilk dəfə 1861-ci ildə burada tikilib”.
Reportajın müəllifləri vurğulayırlar ki, Şəki Xan Sarayının pəncərələrindəki zərif şəbəkələr də ipəkçilik sənətini xatırladır: “Şüşəni bura ipəyə dəyişərək İtaliyadan gətirirdilər. Nəfis divar naxışları olan saray 1760-cı illərdə Hüseyn xan tərəfindən inşa edilmişdir. Tikildiyi vaxtdan indiyədək qalmış dam örtüyü də ənənəvi üsullarla - mismarsız və yapışqansız bərpa edilib.
Sarayın ekskursiya rəhbəri Zəminə Rəsulovanın fikrincə, “Azərbaycanda başqa diqqətəlayiq yer olmasaydı - ümumiyyətlə heç nə olmasaydı belə, tariximizi, memarlığımızı və incəsənətimizi dünyaya təbliğ etmək üçün təkcə Şəki Xan sarayını göstərmək kifayət idi”.
Çayxanaya ayrıca diqqət ayıran süjet müəllifləri bildiriblər: “Belə bir deyim var: “Çay içməmisənsə, gücün hardan olsun?”. Burada çayı böyük ehtiramla içirlər”.
Reportajda Azərbaycanın müalicəvi Naftalan neftinə xüsusi yer ayrılıb: “Məşhur səyyah Marko Polo XIII əsrdə regiona səyahət edərkən torpaqdan süzülən “qara seliyi” təsvir edib. Belə mənbələrin bir çoxu ya tükənmiş, ya da bağlanıb, lakin burada neft hələ o qədərdir ki, onda sözün əsl mənasında çimmək olar. İnsanlar əsrlər boyu burada neft vannaları qəbul edib, qədim ara həkimləri belə vannaların saysız-hesabsız üstünlüklərini sadalayıblar. Elə bu günün özündə həkimlər hesab edirlər ki, neft vannaları dəri xəstəliklərinin müalicəsinə kömək edə bilər”.
Günay




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info