Nazirlər Kabinetinin kartof idxalına tətbiq etdiyi yeni gömrük tarifləri toxumluq kartofa şamil olunmur
Tarix: 06.09.2018 | Saat: 15:21:00 | E-mail | Çapa göndər


Yeni qərardan məqsəd daxili bazarı qorumaq, yerli istehsalı dəstəkləmək, fermerlərin maraqlarını müdafiə etməkdir


Nazirlər Kabinetinin kartof idxalına tətbiq etdiyi gömrük tarif dərəcələrinin artırılması ərzaqlıq kartofa şamil olunub. Burada məqsəd daxili bazarı qorumaq, yerli istehsalı dəstəkləmək, fermerlərin maraqlarını müdafiə etməkdir.

Bunu AZƏRTAC-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdirinin müavini Vüqar Hüseynov deyib.

Yeni tarif dərəcələrinin toxumluq kartofa şamil olunmadığını bildirən Vüqar Hüseynov qeyd edib ki, ölkədə kartof istehsalının həcmi daxili tələbatı tam təmin etməyə imkan verir, hətta daxili tələbatdan daha çox kartof istehsal olunur: “Qonşu İran və Türkiyədə milli valyutaların dəyərdən düşməsi ixracatı stimullaşdırıb, sahibkarlar məhsullarını xarici bazarlarda satmağa üstünlük verirlər. Milli valyutası sabit olan Azərbaycan bazarı İran və Türkiyənin kənd təsərrüfatı məhsulları ixracatçıları üçün cəlbedicidir, lakin bu, yerli istehsalçıların maraqlarına ziddir. Yəni, fermer aylarla əziyyət çəkib kartof becərir, İran və Türkiyədən kartof idxalı isə onların əziyyətini heçə endirir. Dövlətin də vəzifəsi, ilk növbədə, yerli istehsalçıların maraqlarını müdafiə etməkdir. Nazirlər Kabinetinin qərarı da buna xidmət edir”.

Problemin təkcə xaricdən kartof idxalı ilə bağlı olmadığını vurğulayan nazirlik rəsmisi bildirib ki, söhbət vasitəçilərdən, fermerdən sahədə məhsulu ucuz alıb bazarlarda baha satan dəllallardan, işbazlardan gedir: “Onlar İrandan ucuz kartof gətirməklə yerli istehsalçını fakt qarşısında qoyur və onun məhsulunu dəyər-dəyməzinə satın alırlar. Nazirlər Kabinetinin qərarı isə vasitəçilərin qarşısında fermerin mövqeyini daha da gücləndirmiş olacaq”.

Vüqar Hüseynov onu da əlavə edib ki, Nazirlər kabinetinin qərarı cəmi iki ay müddətinə, yəni məhsul yığımının yekunlaşdığı, sahələrdən topdansatışların ən çox həyata keçirildiyi sentyabr-oktyabr aylarını əhatə edir. Bu qərarın növbəti aylarda qüvvədə olması elə bir əhəmiyyət kəsb etmir, çünki kəndli öz məhsulunu bu iki ay ərzində artıq satmış olacaq. Qəbul olunan qərar kartofun yalnız topdansatış qiymətinə təsir etmiş olur, pərakəndə satışa isə təsir etmir. Çünki vasitəçilərin (işbaz, dəllal, fürsətcil və s.) kəndlidən sahədən aldığı kartofun qiyməti ilə bazarda pərakəndə satışda realizə etdiyi qiymət arasında 2-3, bəzən 4 dəfə fərq olur. İndiki situasiyada vasitəçi fermerdən məhsulu daha baha almalı olacaq, qiyməti az da olsa fermer diktə edəcək, pərakəndə satış qiyməti isə indiki səviyyədə qalacaq. Hətta məhsulun bolluğu pərakəndə satış qiymətlərini daha da ucuzlaşdıra bilər”.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
20 yanvar tarixini yeni Azərbaycan tarixinin başlanğıcı kimi qəbul etmək olar
20.01.2019
Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq
20.01.2019
Azərbaycan xalqının 20 Yanvar qəhrəmanlığı türk dünyası üçün nümunə oldu
20.01.2019
Azərbaycanda şəhid ailələrinə dövlətimiz tərəfindən yüksək diqqət və qayğı göstərilir
20.01.2019
Hicran Sadıqzadə: Biz şəhidlərin xatirəsini yad etməyə mənəvi cəhətdən borcluyuq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info