Naxçıvanda sosial qayğıya ehtiyacı olan uşaqlara məktəbli forması və dərs ləvazimatları verilib
Tarix: 06.09.2018 | Saat: 15:32:00 | E-mail | Çapa göndər


Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Təhsil Nazirliyinin və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə 15 sentyabr – Bilik Günü münasibətilə aztəminatlı, valideynlərini itirmiş, sağlamlıq imkanları məhdud uşaqlarla görüş keçirilib, onlara məktəbli geyim forması, məktəbli çantası və dərs ləvazimatları təqdim edilib.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Təhsil Nazirliyində təşkil olunan tədbiri təhsil naziri Rəhman Məmmədov açaraq, dövlətimizin xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almalarına göstərdiyi qayğıdan bəhs edib və şagirdlərə yeni tədris ilində uğurlar arzulayıb.
Əmək və əhalinin sosial müdafiəsi naziri Cavid Səfərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova muxtar respublikada sosial qayğıya ehtiyacı olan uşaqlara yaradılan şəraitdən söhbət açıb və şagirdləri qarşıdan gələn Bilik Günü münasibətilə təbrik edərək, onlara təhsildə müvəffəqiyyətlər arzulayıblar.
Valideyn Fatma Məmmədova göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını ifadə edib.
Qeyd edək ki, Təhsil Nazirliyi hər iki valideynini itirmiş 44, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sağlamlıq imkanları məhdud 275, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi isə aztəminatlı ailələr üzrə 70 olmaqla, ümumilikdə, 389 uşağı təhsil sovqatı ilə sevindirib. Muxtar respublikanın rayonlarında da analoji tədbirlər keçirilib.




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10135

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info