Yaponiya xarici işlər nazirinin xanımı Uşaq Bərpa Mərkəzində olub
Tarix: 06.09.2018 | Saat: 15:47:00 | E-mail | Çapa göndər


Yaponiya xarici işlər naziri Taro Kononun ölkəmizə səfəri çərçivəsində xanımı Kaori Kono Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud uşaqlar üçün yaradılmış tibbi-sosial reabilitasiya şəraiti ilə tanış olub. Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, qonağa bildirilib ki, ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsinin gücləndirilməsi, sağlamlıqlarının bərpası, tibbi-sosial reabilitasiyası aparılan sosial siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Prezident İlham Əliyevin tapşırığı əsasında son illərdə bu sahədə infrastrukturun təkmilləşdirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Uşaq Bərpa Mərkəzində də ən müasir tələblərə uyğun reabilitasiya şəraiti yaradılıb. Müəssisədə aparılan işlərin davamı kimi, bu ilin səkkiz ayında burada iki mindən çox sağlamlıq imkanları məhdud uşağa stasionar və ambulator qaydada bərpa müalicəsi xidmətləri göstərilib. K.Kono Uşaq Bərpa Mərkəzində yaradılan reabilitasiya şəraiti, informasiya-məsləhət və tədris, tibbi-sosial reabilitasiya və funksional diaqnostika şöbələrinin fəaliyyəti ilə tanış olub. O, sağlamlıq imkanları məhdud uşaqların bərpası üçün fərdi reabilitasiya proqramlarına uyğun şəkildə tətbiq edilən fizioterapevtik prosedurları, tədris metodikaları əsasında tədris-peşə reabilitasiyası sahəsində aparılan işləri nəzərdən keçirib. Reabilitasiya kursu keçən uşaqlarla görüşən K.Kono Mərkəzdəki reabilitasiya şəraiti, burada aparılan işlərlə bağlı müsbət təəssüratlarını bölüşüb. O, gələcəkdə sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası sahəsində ölkəsi ilə təcrübə mübadiləsinin aparılmasının məqsədəuyğun olduğunu deyib.




 
Bölməyə aid digər xəbərlər
12.11.2018
Yol polisi Bakıda yük daşıma fəaliyyəti ilə məşğul olan nəqliyyat vasitələri sahiblərinə müraciət edib
12.11.2018
Dövlət Gömrük Komitəsinin Akademiyasında Konstitusiya Günü qeyd olunub
12.11.2018
Bakıdan Misirin Şarm əl-Şeyx şəhərinə birbaşa çarter reysi açılıb
12.11.2018
Daşkənddə Dövlət Bayrağı Günü qeyd olunub
08.11.2018
Yük maşınlarının Bakıya daxil olması üçün marşrutlar müəyyən edilib

Şərh əlavə olunmayıb



    ,    
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Mehriban Nəsib
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10457

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitet müəllimi 30-40 il əvvəl qazandığı bilik və metodlarla auditoriyaya girməməlidir”
4 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
5 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info