Naxçıvan brendi VI Çin-Avrasiya sərgisində nümayiş etdirilib
Tarix: 06.09.2018 | Saat: 15:39:00 | E-mail | Çapa göndər


Çin Xalq Respublikasının Urumçi şəhərində keçirilən VI Çin-Avrasiya sərgisində Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətində istehsal edilən 16 çeşiddə qazlı və qazsız mineral sular nümayiş olunub.
AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, sərgi çərçivəsində “Sirab” mineral suyunun Çinə ixracına dair həmin ölkənin şirkətlərinin rəsmiləri ilə işgüzar görüşlər keçirilib, əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparılıb.
Qeyd edək ki, avqustun 29-dan sentyabrın 3-dək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin dəstəyi və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun təşkilatçılığı ilə Çin Xalq Respublikasının Urumçi şəhərinə ixrac missiyası təşkil olunub. İxrac missiyası çərçivəsində avqustun 30-dan başlayaraq VI Çin-Avrasiya sərgisində “Made in Azerbaijan” vahid ölkə stendi altında ölkəmizdə istehsal olunan qida, təbii mineral sular, şərab və digər spirtli içkilər, fındıq və qurudulmuş meyvə məhsulları sərgi ziyarətçiləri tərəfindən böyük maraqla qarşılanıb. Azərbaycan və Çin arasında iqtisadi əlaqələrin daha da genişləndirilməsi, yerli məhsulların Çin bazarına çıxarılması, ixracın stimullaşdırılması, həmçinin iki ölkənin iş adamları arasında əməkdaşlığın təşviqi məqsədilə həyata keçirilən tədbirdə 22 sahibkarlıq subyekti iştirak edib.




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Qəbələli fermerlər bu il 75 hektar sahədə tütün yetişdiriblər
26.09.2018
Müşfiq Cəfərov: Aprel şəhidləri gənclər üçün əsl qəhrəmanlıq məktəbinə çevrilib
25.09.2018
“ADEX-2018” Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir
25.09.2018
Nəsimi rayonunda yeni park istifadəyə verilib
25.09.2018
Yaponiya Zaqatala və Qax rayonlarına təcili tibbi yardım maşınları verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info