“Yeni Şafak”: “PKK terrorçuları Ermənistanın dəstəyi ilə Türkiyə ərazisinə keçirilir”
Tarix: 06.09.2018 | Saat: 16:55:00 | E-mail | Çapa göndər


Şimali İraqdan Türkiyənin Qara dəniz bölgəsinə göndərilən PKK terrorçularının qarşısı ordu qüvvələri tərəfindən alınıb. Terror təşkilatının son planının uğursuz olması səbəbindən PKK silahlılarının Türkiyəyə giriş marşrutu dəyişib. İndi onlar dəhliz kimi Ermənistandan istifadə edirlər. Türkiyənin “Yeni Şafak” qəzeti xəbər verir ki, PKK-nın Ermənistandakı düşərgələrindən sol təmayüllü təşkilatların dəstəyi ilə terrorçular Ağrı, Bingöl, Tunceli və Tokat vilayətləri ilə Qara dəniz bölgəsindəki dağlara göndərilir. Türk mətbuatının məlumatına görə, Türkiyəyə gizli yolla keçən terrorçular Gümüşhanə bölgəsində toplaşmağa çalışırlar. Bundan başqa, PKK üzvlərinin Ermənistan-Türkiyə sərhədini keçərək Tendurek dağına yerləşdiyi faktı məlum olub. Türkiyə mətbuatı ölkənin xüsusi xidmət orqanlarına istinadla xəbər verir ki, Ermənistanın illərdir dəstək verdiyi və ərazisində düşərgə qurmaq imkanı yaratdığı terrorçular bölgədə məskunlaşmağa cəhd göstərirlər. Qeyd edək ki, Türkiyə təhlükəsizlik qüvvələri Qara dəniz bölgəsinə sızmaq istəyən PKK-nın, eləcə də TİKKO, MKP, TİKB, MLKP kimi sol terrorçu təşkilatların Tunceli, Bingöl, Ağrı və Tokat ətrafındakı fəaliyyəti ilə bağlı geniş tədbirlər həyata keçirib.




 
Bölməyə aid digər xəbərlər
25.04.2019
Qazaxıstanda prezident seçkilərində ilk dəfə qadının namizədliyi irəli sürülüb
23.04.2019
Ukrayna MSK prezident seçkilərində Vladimir Zelinskinin qələbəsini elan edib
23.04.2019
Özbəkistan, Türkiyə və Pakistanın birgə hərbi təlimi başlayıb
23.04.2019
“Eurasianet”: “Ermənistanda iqtisadi artım hələ də aşağı səviyyədədir”
23.04.2019
Paşinyan sürücüsünün qohumunu gömrük direktoru təyin edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10759

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Artıq bəzi sözlər yeni qaydalar əsasında yazılmalıdır


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info