Adriano Çelentanonun 80 illik yubileyi Bakıda qeyd ediləcək
Tarix: 06.09.2018 | Saat: 18:33:00 | E-mail | Çapa göndər


Sentyabrın 9-dan 13-dək Bakıda Adriano Çelentanonun 80 illik yubileyinə həsr olunan “Adriano Çelentano açıq hava film festivalı” keçiriləcək. İtaliya səfirliyi tərəfindən təşkil edilən festivalda Adriano Çelentanonun çəkildiyi ən məşhur və sevilən filmləri təqdim olunacaq: “Blef”, “Dəlicəsinə aşiq olan”, “Tuz”, “İnadkarın ram edilməsi” və “Məxmər əllər”. Açıq hava nümayişləri “Landmark Rotunda Roof Garden”nin ətrafında keçiriləcək. Film rus subtitrləri ilə orijinal dildə olacaq. Giriş pulsuzdur. Qeyd edək ki, aktyor, müğənni, bəstəkar, rejissor və şoumen kimi tanınan Adriano Çelentano 1938-ci ildə Milanda doğulub. Uzun və müvəffəqiyyətli karyerası zamanı ümumi tirajı 200 milyonu keçən 40 albom buraxıb. 1958-ci ildə gənc Çelentano film sənayesində karyerasına Federiko Fellininin 1960-ci ildə ekranlaşdırdığı “Dolce Vita”da rok müğənnisi rolunda başlayıb. 1969-cu ildə Pietro Cerminin “Serafino” filmində baş rolun qəhrəman kimi yaratdığı obraz ona şöhrət qazandırıb. Bir aktyor olaraq Çelentano əksəriyyəti komediya olmaqla təxminən 40 filmdə çəkilib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi qeyd ediləcək
15.11.2018
Musiqili Teatrda bu həftə...
15.11.2018
İsa Həbibbəyli: “Ədəbiyyat İnstitutu ötən 85 ildə Azərbaycanda filologiya elminin mərkəzinə çevrilib”
15.11.2018
Əliqismət Lalayev beynəlxalq forumda iştirak edəcək
15.11.2018
Özbəkistanda AXC-nin 100 illiyi münasibəti ilə konsert keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10479

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info