Oğuzun daha 3 kəndində modul tipli məktəb quraşdırılacaq
Tarix: 06.09.2018 | Saat: 20:30:00 | E-mail | Çapa göndər


Son illərdə Oğuz rayonunda 3760 şagird yerlik 20 yeni məktəb binası, Yemişənli, Qarabaldır və Xalxalqışlaq kənd məktəbləri üçün modul tipli yeni tədris binaları, həmçinin Oğuz şəhərində 115 yerlik yeni uşaq bağçası tikilib istifadəyə verilib. Həmin müddətdə şəhər 1, 2 nömrəli və Çaldaş kənd tam orta məktəbləri, Kərimli, Padar, Yenikənd uşaq bağçalarının binaları əsaslı təmir olunub. 2015-ci ildə baş vermiş zəlzələ zamanı qəzalı vəziyyətə düşən Padar kənd tam orta məktəbində hazırda bərpa-gücləndirmə və əsaslı təmir işləri davam etdirilir. Yaxın günlərdə Baş Daşağıl, Mollalı və Xaçmazqışlaq kəndlərində də modul tipli məktəblərin inşasına başlanılması planlaşdırılır. Oğuz şəhərində yeni tikilən körpələr evi evi-uşaq bağçasında hazırda son tamamlama işləri aparılır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə sentyabrın 6-da Oğuzda keçirilən təhsil işçilərinin ənənəvi konfransında danışılıb. Konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər. Rayon Mədəniyyət Mərkəzində keçirilən konfransda təhsil şöbəsinin müdiri Elçin Kərimovun 2017-2018-ci dərs ilinin yekunları və yeni dərs ilində qarşıda duran vəzifələrə dair hesabat məruzəsi dinlənilib. Bildirilib ki, Azərbaycan təhsilinin tərkib hissəsi olan Oğuz təhsili də son illər bütün əsas göstəricilər üzrə ölkə təhsilinin inkişafında ön sıralardadır. Ötən dövrdə rayonda təhsilin infrastrukturunun müasir tələblərə uyğun qurulması, təhsilin məzmununun yeniləşdirilməsi, keyfiyyətinin yüksəldilməsi, pedaqoji kadrlarla təminatının yaxşılaşdırılması, təhsil müəssisələrinin informasiya-kommunikasiya texnologiyaları ilə təmin edilməsi və digər istiqamətlər üzrə əhəmiyyətli nailiyyətlər əldə olunub.

Diqqətə çatdırılıb ki, ötən tədris ilində Oğuz rayonunda 34 ümumtəhsil məktəbi, o cümlədən 28 tam orta, 4 ümumi orta və 2 ibtidai məktəb fəaliyyət göstərib. Bu məktəblərdə hazırlıq sinifləri də daxil olmaqla, 6180 şagird təhsilə cəlb olunub. Tədris ilində Oğuz şəhər 3 nömrəli məktəb-liseyin tarix müəllimi Dilguşə Rəhimova “Əməkdar müəllim” fəxri adına layiq görülüb, şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Xanbala Manafov “Tərəqqi” medalı ilə təltif edilib. Tam orta məktəbləri əla qiymətlərlə başa vuran 2 məzun qızıl medala layiq görülüb. Fənn olimpiadalarının respublika mərhələsində rayonun 6 məktəblisi müvəffəqiyyət qazanıb.

Bildirilib ki, son illər rayonun təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi əhəmiyyətli dərəcədə genişləndirilib. Son iki il ərzində məktəblərə 7 kompüter, 82 noutbuk, 13 elektron lövhə verilib. Rayon təhsil şöbəsinə sürətli internet xətti çəkilib. Bu gün rayonun təhsil müəssisələrində mövcud olan 330 ədəd kompüter, 140 ədəd noutbuk, 11 ədəd elektron lövhə, 46 ədəd proyektor innovativ təlim metodlarından fəal istifadə sahəsində və tədrisin keyfiyyətinin yüksəldilməsində mühüm amilə çevrilməkdədir. Konfransda Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Milli Məclisin ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı və Təhsil Nazirliyinin məsul nümayəndəsi Sübhi Kazımov çıxış edərək, rayonun təhsil işçilərinə yeni dərs ilində daha böyük uğurlar arzulayıb, tövsiyələrini bildiriblər. Sonda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara və bir qrup qabaqcıl təhsil işçisinə mükafatlar təqdim edilib.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Naxçıvan Qarnizonu qoşunlarında keçirilən növbəti snayper hazırlığı kursu uğurla başa çatıb
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10496

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info