Rusiyalı ekspert: “Şimal-Cənub” layihəsi hazırda ən vacib birgə layihədir
Tarix: 06.09.2018 | Saat: 20:38:00 | E-mail | Çapa göndər


“Şimal-Cənub” layihəsi hazırda ən vacib birgə layihədir. Bu layihədə Azərbaycan çox böyük rol oynayır. Tanınmış rusiyalı ekspert, Siyasi İnformasiya Mərkəzinin analitiki İvan Pyatibratov bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan dövlətinin başçısı İlham Əliyevin sentyabrın 1-də Soçiyə səfərinin və Rusiya Prezidenti Vladimir Putin ilə danışıqlarının yekununu şərh edərkən söyləyib.
O deyib: “Bu cür görüşlər ölkələrimizin liderləri üçün artıq ənənəvi hal alıb. İlham Əliyevin Rusiyaya səfəri onun Rusiya tərəfinə və şəxsən Vladimir Putinə etimadının göstəricisidir. Belə olmasaydı onların görüşü hər hansı beynəlxalq forum çərçivəsində neytral ərazidə keçirilərdi. Görüşlərin müntəzəm keçirilməsi və yeni sazişlərin imzalanması ilə başa çatması onu göstərir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji xarakter daşıyır və uzunmüddətli planlara əsaslanır”.

Ekspert Soçi görüşünün nəticələrindən söhbət açaraq deyib: “Rusiya ilə Azərbaycan arasında iqtisadi münasibətlərin inkişafı yeni təkan alıb. Azərbaycanda “QAZ” avtomobillərinin yığma sahəsinin inşa edilməsi, “Qoşadaş” qaz yatağının və Xəzər dənizinin təkindəki bir hissənin “Rosneft” və SOCAR tərəfindən birgə öyrənilməsi layihələri ölkələrimizi ən mühüm sahələrdən biri olan neft-qaz və maşınqayırma sahəsində, deməli, siyasi baxımdan da yaxınlaşdırır. Qeyd etmək lazımdır ki, bu layihələrin həyata keçirilməsi üçün illərlə vaxt tələb olunur. Bu, dövlətlərimiz arasında münasibətlərin strateji xarakterini bir daha vurğulayır”.

İ.Pyatibratov “Şimal-Cənub” layihəsinin əhəmiyyətini qeyd edərək dəqiqləşdirib: “Bu cür uzunmüddətli layihələr onların iştirakçılarını öz daxili və xarici siyasətlərini əlaqələndirməyə, maksimum səmərəli əməkdaşlığa və gələcəyi birgə qurmağa sövq edir. Bununla əlaqədar, deyə bilərəm ki, indiki mərhələdə ölkələrimizin aşkar yaxınlaşması çox cəhətdən məhz bu meqalayihə üzərində işlə bağlıdır. Həmin meqalayihə Rusiya üçün geosiyasi baxımdan - siyasi və iqtisadi təsir vektorlarının şaxələndirilməsi vasitəsi kimi, Azərbaycan üçün isə iqtisadi baxımdan - öz mallarının yeni bazarlara, ilk növbədə, Avropa bazarlarına çıxarılması yolu kimi, habelə respublikanın regionda ən mühüm qovşağa çevrilməsinə kömək edən amil kimi əhəmiyyətlidir. Beləliklə, Rusiya ilə Azərbaycan arasında münasibətlərin tədricən, lakin düzgün istiqamətdə möhkəmlənməsini, ölkələrimizin müştərək gündəliyinin formalaşmasını və qarşılıqlı maraqlar nəzərə alınmaqla əlaqələndirilməsini müşahidə edirik”.




 
Bölməyə aid digər xəbərlər
24.03.2019
Azərbaycanın müdafiə naziri ABŞ-a işgüzar səfərə gedəcək
24.03.2019
Azərbaycan və Paraqvay viza rejimi ilə bağlı saziş imzalayıblar
23.03.2019
Azərbaycanla münasibətləri gələcəkdə daha da dərinləşdirmək niyyətindəyik
23.03.2019
Azərbaycan hərbçiləri Pakistanda hərbi paradda iştirak ediblər
22.03.2019
Azərbaycan və Pakistan arasında təhlükəsizlik və hərbi sahələrdə əməkdaşlığın inkişaf yolları müzakirə olunub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10702

1 Elektromaqnitizmin müxtəlif sahələrinə mühüm töhfələr verən görkəmli azərbaycanlı alim
2 Azərbaycan xalqı zəngin mədəniyyətə sahibdir
3 Lənkəranın ucqar kənd məktəbində Novruz şənliyi keçirilib
4 İraqda bərə qəzaya uğrayıb: 71 ölü
5 Prezident və xanımı Bakıda Novruz şənliyində


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info