Azərbaycan və Rusiya gömrük orqanları arasında növbəti işçi görüş keçirilib
Tarix: 06.09.2018 | Saat: 22:12:00 | E-mail | Çapa göndər


Xaçmaz şəhərində Azərbaycan Respublikası və Rusiya Federasiyasının dövlət sərhədindəki gömrük buraxılış məntəqələrində yaranan problemlərin operativ həlli və müəyyən buraxılış məntəqələrinin işinin effektivliyinin artırılması üzrə məsələlərin müzakirəsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin və Rusiya Federasiyası Federal Gömrük Xidmətinin nümayəndələri arasında işçi görüşü keçirilib.
Görüşdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xarici Əlaqələr İdarəsi, Şimal Ərazi Baş Gömrük İdarəsi və Rusiya Federal Gömrük Xidmətinin Şimali-Qafqaz Gömrük İdarəsinin nümayəndələri iştirak edib.
Görüş zamanı, iki ölkə arasında mövcud dostluq əlaqələrinin bu gün də uğurla davam etdirilməsinin bariz nümunəsi kimi sentyabrın 1-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə nümayəndə heyətinin Rusiya Federasiyasına səfəri, bu səfər çərçivəsində müzakirə olunan məsələlərin ölkələrimizin bütün sahələrinə, o cümlədən iqtisadi həyatına verəcək töhfələri, gömrük işi sahəsində ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsi, bu sahədə hüquq müqavilə bazasını gücləndirəcək iki sənədin imzalanmasının əhəmiyyəti vurğulanıb.
Daha sonra, görüşün gündəliyinə müvafiq olaraq, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Rusiya Federasiyası Federal Gömrük Xidməti arasında müəyyən növ mallara münasibətdə gömrük nəzarətinin nəticələrinin qarşılıqlı tanınması haqqında 3 iyul 2015-ci il tarixli Protokolun həyata keçirilməsi, növbələrin yaranmasının qarşısının alınması məqsədilə hər iki ölkənin gömrük orqanları arasında səmərəli qarşılıqlı fəaliyyətin təşkili, malların idxalı və ixracı zamanı gömrük dəyərinə nəzarətə dair Azərbaycan Respublikasının qanunvericiliyi və normativ sənədlərlə tanışlıq, həmçinin malların mənşəyi barədə elektron sertifikatlar sisteminin yaradılmasına dair məsələlər müzakirə olunub.
Bununla yanaşı, görüşdə Rusiya Federasiyasının gömrük orqanları tərəfindən tətbiq olunan müasir gömrük texnologiyaları ilə Azərbaycanın xarici iqtisadi fəaliyyət iştirakçılarını və daşıyıcılarını tanış etmək üçün cari ilin noyabr ayında seminar-məşğələnin təşkil edilməsi, həmçinin Azərbaycan və Rusiya arasında keçirilən mal və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin təşkili istiqamətində sərhəd gömrük postlarının nümayəndələri tərəfindən əməkdaşlığın davam etdirilməsinin zəruriliyi vurğulanıb.
Tədbirdə, həmçinin Azərbaycan istehsalı olan şərab məhsullarının Rusiya Federasiyasına ixracının əlverişli şəkildə həyata keçirilməsi məqsədilə Azərbaycan-Rusiya dövlət sərhədinin qarşı tərəfdəki gömrük keçid məntəqəsi ərazisində aksiz postunun yaradılması ilə bağlı məsələ Rusiya Federasiyası Federal Gömrük Xidmətinin nümayəndələrinin diqqətinə çatdırılıb. Məsələ ilə bağlı qarşı tərəf aidiyyəti dövlət qurumlarına müvafiq müraciətin təqdim olunacağını və qısa zamanda münasibətin bildiriləcəyini qeyd edib. Tədbirin sonunda işçi görüşün protokolu imzalanıb.

Tural




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
İnam Kərimov Sabirabadda vətəndaşlarla görüşəcək
21.02.2019
Fevralın 22-nə USD/AZN rəsmi məzənnəsi: 1,7000 manat
21.02.2019
Ət və quşçuluq məhsullarının istehsalçıları ilə müzakirələr aparılıb
21.02.2019
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir
21.02.2019
Anar Quliyev: “Bakı şəhərinin Baş planının hazırlanması üçün texniki işlərə başlanılacaq”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info