Qətər sərmayəsinin ölkəmizə cəlb edilməsi üçün fikir mübadiləsi aparılıb
Tarix: 06.09.2018 | Saat: 22:16:00 | E-mail | Çapa göndər


Sentyabrın 5-də Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Dövlətinin suveren fondu olan Qətər Sərmayə Qurumunun (QİA) biznesin inkişafı idarəsinin rəisi Şeyx Abdulaziz bin Ali Al-Tani ilə görüşüb.
Görüşdə ölkəmizlə Qətər Dövləti arasında iqtisadi əlaqələrin əsaslarından birini təşkil edən sərmayə sahəsində əməkdaşlığın təşviq edilməsi və Qətər sərmayəsinin ölkəmizə cəlb edilməsi üçün fikir mübadiləsi aparmaq idi. Səfir Rəşad İsmayılov Azərbaycanın sərmayə mühiti, iki ölkə arasında mövcud olan “ikiqat vergitutmanın aradan qaldırılması” və “sərmayələrin təşviqi və qarşılıqlı qorunması” kimi Sazişlərin mövcudluğunu, sərmayələrin qorunması ilə bağlı ölkə daxili qanunvericiliyin zənginliyi ilə bağlı qarşı tərəfə məlumat verilmiş və qeyd edilən amillərin, eləcə də mövcud olan yüksək səviyyəli siyasi əlaqələrin xarici sərmayə üçün etibarlı əsas yaratdığı vurğulanıb.
Şeyx Abdulaziz ölkəmizə dəfələrlə səfər etdiyini, bir sıra dövlət və özəl qurumlarda görüşlər keçirdiyini və bu fövqdə Qətər Dövlətinin xarici sərmayə siyasətində Azərbaycanın da yer aldığını qeyd etdi. O, hazırda Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə əməkdaşlıq etdiklərini və ölkəmizdə həyata keçirilən sərmayə layihələrinin QİA tərəfindən öyrənilməsinə maraq göstərdiyini bildirib. Məlumat üçün bildirək ki, QİA aktivlərinə görə dünyanın ən iri suveren fondlarından biridir və aktivləri 400 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Hazırda bir çox Avropa ölkələrində, o cümlədən Böyük Britaniyada (təqribən 40 milyard ABŞ dolları), Almaniya və Fransada (hər birində təqribən 10 milyard ABŞ dolları) və digər ölkələrdə qurumun sərmayələri mövcuddur. “Volkswagen Group”, “Porsche”, “Hochtieft” (17%-lik səhm), “Lagardère” (12%) “Total” (4%), “EADS” (6%), “Technip”, “Air Liquide”, “Vinci SA” (5%), “GDF”, “Suez”, “Veolia” (5%), “Vivendi Royal”, “Monceau”, “France Telecom” və s. kimi şirkətlərdə qurumun səhmləri mövcuddur. Şirkət portfel sərmayələrlə yanaşı, birbaşa sərmayələrə də maraq göstərir.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”
19.09.2018
İnternetdə şərh yazmaq üçün qeydiyyatdan keçmək lazımdır
19.09.2018
Ərdoğan: “Türkiyə ABŞ deyil ki, burada dollardan istifadə edilsin”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info