“Əgər dünyada beynəlxalq hüquq və ədalət pozulmasa, müharibə də olmayacaq”
Tarix: 06.09.2018 | Saat: 22:39:00 | E-mail | Çapa göndər


“İqtisadi müstəqillik bizə imkan verir ki, beynəlxalq məsələlərin həllində, ikitərəfli və çoxtərəfli əməkdaşlıq formatında öz mövqeyimizi müdafiə edək. Bizim mövqeyimiz ədalətlidir, beynəlxalq hüquqa və ədalətə söykənir. Bu iki anlayış beynəlxalq münasibətlər üçün də xüsusi əhəmiyyət kəsb edir. Harada ki, beynəlxalq hüquq, ədalət pozulur, orada toqquşmalar da, müharibələr də, gərginlik də olacaq. Əgər dünyada beynəlxalq hüquq və ədalət pozulmasa, müharibə də olmayacaq”. AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 66-cı kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2014-cü il noyabrın 13-də Bakıda keçirilən Azərbaycan-İran biznes-forumundakı nitqində söyləyib. Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 66-cı kitabındakı materiallar 2014-cü ilin noyabrından 2015-ci ilin yanvarınadək olan dövrü əhatə edir. Kitab Prezident İlham Əliyevin və Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Həsən Ruhaninin mətbuata bəyanatları ilə başlayır. Bu cilddə dövlətimizin başçısının Bakıya işgüzar səfərə gəlmiş Əfqanıstan Prezidenti ilə görüşünə, habelə Koreya Respublikası Baş nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsinə, eləcə də Türkiyə Respublikasına dövlət səfərinə, Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirakına, imzalanan sənədlərə, Almaniyaya işgüzar səfərinə, bu ölkələrin rəhbərləri ilə apardığı danışıqlara, mətbuata bəyanatlara dair materiallar toplanıb. Nəşrdə Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirlikləri, İordaniya, Böyük Britaniya, Türkiyə, Serbiya, Yaponiya və digər dövlətlərin, Avropa Komissiyasının, Beynəlxalq Telekommunikasiya İttifaqının, Beynəlxalq Olimpiya və Avropa Olimpiya komitələrinin, Beynəlxalq Atçılıq Federasiyasının, “BBC Global News”un, BP şirkətinin ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini, xarici ölkələrin Azərbaycanda təyin olunmuş səfirlərini qəbul etməsinə dair informasiyalar da yer alıb. Azərbaycan Prezidentinin paytaxtımızda keçirilən bir sıra beynəlxalq tədbirlərdə söylədiyi nitqlərin, “Euronews” və “Rossiya-24” telekanallarına müsahibələrinin mətnləri ilə 66-cı kitabda tanış olmaq mümkündür. Nəşrdə, həmçinin dövlətimizin başçısının Uşaqların III Ümumrespublika Forumunun, “Dini tolerantlığın möhkəmləndirilməsi (Azərbaycan modeli, ATƏT regionu və onun hüdudlarından kənarda çağırışlar)” mövzusunda beynəlxalq konfransın, “Beynəlxalq Antikorrupsiya Akademiyasına üzv dövlətlərin assambleyası”nın III sessiyasının, “XXI əsrdə sənayeləşmə: sənaye siyasətində əsas trendlər, müasir yanaşma və təcrübələr” mövzusunda beynəlxalq konfransın, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin III görüşünün, “Bakutel-2014” XX Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi və konfransının, Azərbaycan Alimlərinin I Qurultayının iştirakçılarına məktubları, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Azərbaycanın Pravoslav xristian icmasına İsa Peyğəmbərin mübarək mövludu – müqəddəs Milad bayramı münasibətilə təbrikləri, digər müraciətləri və məktubları toplanıb. Kitabda Prezident İlham Əliyevin Heydər məscidinin açılışı mərasimində nitqi, bu tədbirdə iştirak etmək üçün ölkəmizə gəlmiş Rusiya Federasiyası Şimali Qafqaz respublikalarının din xadimləri ilə görüşünə dair informasiyalar da yer alıb. Bu kitabın əhatə etdiyi dövrün materiallarında “Bakı-2015” birinci Avropa Oyunlarına yüksək səviyyədə hazırlıqla bağlı görülən işlər haqqında informasiyalar əldə etmək olar. Çoxcildliyin bu kitabına Prezident İlham Əliyevin məcburi köçkünlər üçün Gəncədə salınan yeni qəsəbənin açılışı mərasimində iştirakına, Sumqayıt şəhərinə, Şəmkir, Sabirabad rayonlarına səfərlərinə, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sabirabad regional “ASAN xidmət” mərkəzinin, “ASAN Könüllüləri”nin I Ümumrespublika Forumunun açılışı mərasimlərində iştirakına, bölgələrdə ictimaiyyət nümayəndələri ilə görüşlərinə, infrastruktur obyektlərinin, sənaye və mədəniyyət müəssisələrinin təməlqoyma və açılış mərasimlərində iştirakına dair materiallar, Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında giriş və yekun nitqlərinin mətnləri daxil edilib. Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də verilib. “Azərnəşr” tərəfindən buraxılan 66-cı kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin materiallarından istifadə olunub.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info