“Azərbaycanla münasibətlərin daha da dərinləşməsi üçün birgə fəaliyyət planı hazırlanır”
Tarix: 06.09.2018 | Saat: 23:02:00 | E-mail | Çapa göndər


Bizə yaxın qonşu və dost ölkə olan Azərbaycana səfərim çox məhsuldar və hər iki tərəf üçün çox mühüm bir səfər oldu. Gürcüstan Baş nazirinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu sözləri Baş nazir Mamuka Baxtadze hökumətin sentyabrın 6-da keçirilən yüksək səviyyəli iclasında səsləndirib. Onun sözlərinə görə, Bakıda Azərbaycan ilə Gürcüstan arasında birgə iqtisadi layihələr və bu sahədə mövcud olan bəzi problemlər müzakirə edilib. Baş nazir deyib: “Bilirsiniz ki, bizim ölkələrimiz arasında azad ticarət əlaqələri var. Amma bəzi çatışmazlıqlar da mövcuddur. Azərbaycan ilə azad ticarət rejimini genişləndirmək və xidmət sahəsində münasibətləri dərinləşdirmək bizim üçün vacibdir. Hər iki tərəf ticarət dövriyyəsini yaxın iki il ərzində 50-60 faiz artırmağı qarşıya məqsəd qoyub. Bu fakt ticarət dövriyyəmizin daha da genişləndirilməsinə yeni stimul verməlidir”.
M.Baxtadze, eyni zamanda, təhsil və mədəniyyət sahəsində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb və Bakıda bu məsələnin də müzakirə mövzusu olduğunu bildirib.
Baş nazir yeni regional layihələrin, o cümlədən enerji sektoruna aid layihələrin bundan sonra da fəal şəkildə müzakirə olunacağını xüsusi qeyd edib. Bildirib ki, Bakıya səfəri çərçivəsində Avropa və Çin ilə olduğu kimi, Azərbaycanla da azad ticarət zonasının yaradılmasına dair müqavilənin daha effektiv olmasına təkan verəcək yeni birgə müəssisələrin yaradılması barədə razılıq əldə edilib. “Münasibətlərimizin gələcəkdə daha da dərinləşməsinə dair birgə fəaliyyət planının hazırlanması barədə razılığa gəlmişik və bu istiqamətdə işlər davam edir”, - deyə Mamuka Baxtadze vurğulayıb.




 
Bölməyə aid digər xəbərlər
18.03.2019
Naxçıvanda Çanaqqala zəfərinin ildönümü qeyd olunub
18.03.2019
Ermənistan Rusiya ilə razılıq əldə edə bilmədi
14.03.2019
Ermənistan müdafiə nazirinin müavini və iki vitse-qubernator vəzifələrindən azad edilib
14.03.2019
Ermənistanda vergilər artırıldı
14.03.2019
Yerevanda polislə aksiya iştirakçıları arasında toqquşma baş verib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10697

1 Akademik Ramiz Mehdiyev tariximizin xanlıqlar dövrünə sənədlər işığında nəzər salır
2 Təhsilə qoyulan sərmayə gələcəkdə yüksək potensiala malik savadlı gənclərin yetişməsini təmin edəcək
3 Xaricdəki və yerli ictimai birliklərin növbəti virtual görüşü olub
4 “Kaspersky Password Manager” proqramının yeni versiyası şifrənin təhlükəsizliyini yoxlayır
5 “Sondakika.com”: “Apreldən TANAP-ın Avropaya təbii qaz göndərəcək hissəsində sınaqlara başlanacaq”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info