“Digər diaspor təşkilatları ilə Azərbaycan naminə birgə fəaliyyəti davam etdirəcəyik”
Tarix: 06.09.2018 | Saat: 20:02:00 | E-mail | Çapa göndər


Surxay Musayev: “AXC-nin 100 iliyi münasibətilə Edmonton Kanada-Azərbaycan Cəmiyyətinin sayəsində Azərbaycanın Dövlət bayrağı Edmontonun mərkəzində ucaldılıb”

Müxtəlif ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının həmrəylik nümayiş etdirməsi vacib amildir. Son zamanlar diaspor təşkilatları arasında, bu baxımdan, bir sıra addımlar atılıb. Buna misal olaraq bu yaxınlarda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Edmonton Kanada - Azərbaycan Cəmiyyəti arasında Memorandumun imzalanmasını göstərmək olar. Edmonton Kanada - Azərbaycan Cəmiyyətinin prezidenti Surxay Musayev qəzetimizə müsahibəsində perspektiv planlarından danışdı.
-Surxay müəllim, öncə sizi tanımaq istərdik...
-Mən1982-ci ildə Bakı şəhərində doğulmuşam. 1999-cu ildə orta məktəbi bitirib ali məktəbə daxil olmuşam. Ali təhsil alandan sonra 2003-cü ildə hərbi xidmətə getmişəm. Artıq 12 ildən çoxdur dünyanın müxtəlif yerlərində neft sahəsində çalışıram. 7-8 il bundan öncə öz karyeramı Kanadada davam etməyə qərara gəldim. Hal-hazırda Kanadanın Alberta vilayətinin Edmonton şəhərində yaşayıram və burada çalışıram. Eyni zamanda Edmonton Kanada-Azərbaycan Cəmiyyətinin prezidenti vəzifəsini icra edirəm. Evliyəm, 2 övladım var.
- Edmonton Kanada - Azərbaycan Cəmiyyəti nə vaxtdan fəaliyyət göstərir?
-2017-ci ildə Edmontonda yaşayan həmvətənlərimizin sayəsində bizim yeni cəmiyyətimiz quruldu.
-Cəmiyyət olaraq əsas məqsədinizi nədir və hansı tədbirlər keçiribsiniz?
-Bir il ərzində təzə qurulan cəmiyyət Azərbaycana aid olan bayramları: Müstəqillik Günü, Həmrəylik Günü/Yeni il, Novruz bayramını qeyd edib. Həmçinin 20 Yanvar və Xocalı kimi anım günləri qeyd edilib.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyi münasibətilə Edmonton Kanada-Azərbaycan Cəmiyyətinin sayəsində Azərbaycanın Dövlət bayrağı Edmontonun mərkəzində ucaldılıb.
Cəmiyyətin nəzdində olan uşaqlardan ibarət rəqs qrupu da fəaliyyət göstərir. Qısa bir müddətə rəqs qrupunun koordinatoru olan Məsumə Rüstəmzadənin səyi nəticəsində bir neçə yerli tədbirlərdə müvəffəqiyyətlə çıxış ediblər.
-Kanadadakı digər diaspor təşkilatları ilə əməkdaşlıq edirsinizmi?
-Ötən il “Həmrəylik üçün oxu” layihəsində cəmiyyətimiz iştirak edib. Biz bu layihəni həyata keçirərkən Kanada üzrə mövcud olan Azərbaycan cəmiyyətlərilə, ələlxüsus da layihədə xüsusi texniki dəstəyi olan Kalqari Azərbaycan Cəmiyyətilə (ALACS) dostluq əlaqəsində olduq və birlikdə layihəni həyata keçirdik.
- Bu yaxınlarda Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Edmonton Kanada - Azərbaycan Cəmiyyəti arasında Memorandum imzalanıb. Bu sənədi imzalamaqda məqsəd nədir?
- Bəli, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və Edmonton Kanada - Azərbaycan Cəmiyyəti arasında Memorandum imzalanıb. Birgə əməkdaşlıq haqqında sənədi Edmonton şəhərində Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədr müavini Elşad İbrahimov və Edmonton Kanada-Azərbaycan Cəmiyyətinin prezidenti olaraq mən, həmçinin İdarə Heyətinin üzvləri - Etibar İsmayılov, Natavan Mahmudova, Reyhan Hüseynova, Samir Əsgərov imzaladıq. Məqsədimiz Azərbaycanın milli, mədəni, irsi dəyərlərinin soydaşlarımız arasında qorunmasına və inkişafına töhfə verəcək konkret işlərin görülməsi, eləcə də soydaşlarımızın daha sıx birliyinə nail olmaqdır. Bu birliyin xaricdə yaşayan azərbaycanlıları daha da yaxınlaşdıracağına və bir-birlərinə dəstək və dostluğu əsirgəməyəcəyinə inanırıq.
-Gələcəkdə hansı layihələr keçirməyi düşünürsünüz?
- Biz Kanadada fəaliyyət göstərən diaspor təşkilatları ilə Azərbaycan naminə birgə fəaliyyəti davam etdirəcəyik. Eyni zamanda Azərbaycanın milli dəyərlərini, mədəniyyətini və tarixini dünya ictimaiyyətinə çatdırmaq, media qurumları ilə əlaqələri gücləndirmək və genişləndirmək üçün mövcud olan kadr və texniki potensialdan birgə istifadə edəcəyik.

Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Tələbələrin ixtisasa uyğun təcrübə qazanmaları üçün kifayət qədər imkanlar var”
18.09.2018
“Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
10.09.2018
“Məqsədimiz diaspor fəaliyyətinə vətəndaş dəstəyini artırmaqdır”
07.09.2018
“Ukraynada bizim güclü və mehriban komandamız var”
07.09.2018
Qan verənlər minlərlə insanın müalicəsinə böyük töhfə vermiş olurlar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info