Bakı Ali Neft Məktəbi Rusiya şirkəti ilə əməkdaşlığa başlayır
Tarix: 07.09.2018 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) Rusiyanın “R-Pharm” yüksək texnologiyalı əczaçılıq şirkətinin nümayəndələri ilə görüş keçirilib. BANM-dən bildiriblər ki, bu ali məktəbin rektoru Elmar Qasımov şirkətin Moskvadakı baş ofisinin kadr hazırlığı departamentinin rəhbəri Yekaterina Repkina, daxili ünsiyyət və korporativ mədəniyyət departamentinin rəhbəri Mariya Teplova və şirkətin Azərbaycan nümayəndəliyinin insan resursları üzrə meneceri Kəmalə Bayramova ilə əməkdaşlığın mümkün istiqamətlərini müzakirə edib. Y.Repkina şirkət haqqında məlumat verib. Qeyd olunub ki, 2001-ci ildə Moskvada qurulan “R-Pharm” şirkətinin doqquz ölkədə 60-dan çox filialı və 3600-dən artıq əməkdaşı var. “R-Pharm” şirkəti tələbələrin xüsusi təlim proqramlarına, təcrübəyə və işə cəlb edilmələrində maraqlıdır. Y.Repkina BANM-in müəllimlərini şirkətin müxtəlif ölkələrdəki laboratoriyaları və tədris proqramları ilə tanış olmağa dəvət edib. M.Teplova “R-Pharm” şirkətinin xüsusilə kimyaçı və avtomatlaşdırma mühəndislərinə ehtiyacı olduğunu vurğulayıb. Azərbaycan nümayəndəliyinin insan resursları üzrə meneceri K.Bayramova bildirib ki, şirkətin Azərbaycanda yerləşən və cari ilin sonuna təhvil verilməsi planlaşdırılan zavodunun kimya sənayesi və avtomatlaşdırma prosesləri sahəsində bilikli və istedadlı kadrlarla təmin olunması nəzərdə tutulub. Məhz bu səbəbdən “R-Pharm” şirkəti BANM-in tələbə və məzunları ilə görüşmək, onları şirkətin hazırladığı tədris proqramlarına və eyni zamanda, təcrübəyə cəlb etmək, sonda isə iş təklifi etmək niyyətindədir. Rektor E.Qasımov əczaçılıq şirkəti ilə əməkdaşlığın BANM üçün yeni bir sahə olduğunu deyib, bu ali məktəbin kimya mühəndisliyi kafedrası və proseslərin avtomatlaşdırılması mühəndisliyi kafedrası ilə şirkətin əməkdaşlığının uğurlu olacağına əminliyini bildirib. Görüşdə, həmçinin BANM ilə “R-Pharm” şirkəti arasında əməkdaşlıq haqqında memorandumun şərtləri, şirkətinin tələbələr üçün təqdimatının təşkil olunması kimi məsələlər müzakirə edilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Məşhur yazıçı-dramaturq Yuri Polyakov ADU-nun qonağı olub
24.09.2018
Paytaxt üzrə 805 ibtidai sinif müəllimi üçün təlim
22.09.2018
“Xiaomi” şirkəti süni intellektli zəngli saatını təqdim edib
22.09.2018
Elmin İnkişafı Fondu yeni qrant müsabiqələri elan edəcək
22.09.2018
Azərbaycanlı professorun monoqrafiyası Almaniyada çapdan çıxıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info