Səlim Mandivala: “Azərbaycanın Pakistan üçün qardaş ölkədir”
Tarix: 07.09.2018 | Saat: 17:00:00 | E-mail | Çapa göndər


Azərbaycanın Pakistan İslam Respublikasındakı səfiri Əli Əlizadə Pakistan Senatının sədr müavini senator Səlim Mandivala ilə görüşüb.
Azərbaycanın Pakistandakı səfirliyindən verilən məlumata görə, görüşdə Azərbaycan və Pakistan parlamentləri arasında mövcud olan sıx əlaqələrdən məmnunluq, iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin önəmli rolu qeyd olunub, Pakistan Senatının qəbul etdiyi Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən və təcavüzkar Ermənistanı qınayan qətnamənin yüksək qiymətləndirildiyi bildirilib.
Pakistan Senatının sədr müavini senator Səlim Mandivala Azərbaycanın Pakistan üçün qardaş ölkə olduğunu, iqtisadi, ticari, hərbi-texniki, müdafiə, enerji, turizm sahələrində əməkdaşlığın daha da genişləndirilməsinin, birbaşa təyyarə reyslərinin açılmasının, parlamentlərarası dostluq qrupları arasında əlaqələrin daha da artırılmasının zəruri olduğunu bildirib.
Görüşdə həmçinin, iki ölkə arasında əlaqələrin daha da genişlənməsinə xidmət edəcək müştərək layihələrin icra olunması və qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsi məsələləri ilə bağlı da fikir mübadiləsi aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
İsrail Azərbaycana yeni səfir təyin etdi
16.11.2018
Meksikanın Azərbaycandakı Səfiri Bərdə rayonuna rəsmi səfər edib
15.11.2018
“İkili standartlara əsaslanan bu yanaşma Azərbaycanı Fransa ilə əlaqələri nəzərdən keçirməyə vadar edir”
15.11.2018
Xalq müxalifətin heç bir çağırışına dəstək vermir
15.11.2018
Fransa Minsk qrupunun həmsədrliyindən çıxarılmalıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10483

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info