“Muğam axşamları” layihəsi yenidən qayıdır
Tarix: 07.09.2018 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


“Muğam axşamları” layihəsi növbəti dəfə muğamsevərlərin görüşünə gələcək. Mədəniyyət Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Beynəlxalq Muğam Mərkəzində reallaşacaq layihənin yeni mövsümdə ilk konsert proqramı oktyabrın 11-də “Mahur-hindi” və “Bayatı-kürd” muğamlarına həsr olunacaq.
Konsertdə respublikanın tanınmış xanəndələri Xalq Çalğı Alətləri ansamblının müşayiəti ilə muğamın müxtəlif şöbələrini ifa etməklə yanaşı, bəstəkar mahnıları və təsniflərə də yer verəcəklər.
“Muğam axşamları” layihəsinin ikinci mərhələsi bu ilin mayında başlanıb. Layihənin ikinci mərhələsinin noyabrın 1-də keçiriləcək növbəti konsertində “Orta mahur” və “Rahab” muğamlarına yer veriləcək. Xatırladaq ki, ötən mövsüm mayın 16-dan iyunun 30-na qədər layihə çərçivəsində tanınmış muğam ustalarının və gənc xanəndələrin ifasında “Rast”, “Şur”, “Segah”, “Çahargah”, “Bayatı-Şiraz”, “Şüştər” və “Humayun” muğamları səsləndirilib.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Deyişmələr poeziyada xüsusi əhəmiyyətə malikdir
16.11.2018
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Moskvada “Nəsimi - şeir, sənət və mənəviyyat Festivalı” keçiriləcək
16.11.2018
Görkəmli aktyor Həsən Turabovun xatirəsi anılıb
16.11.2018
Cenevrədə Azərbaycan kinosunun uğurları
16.11.2018
Rusiya və Ukraynanın aparıcı solistləri Bakıda çıxış edəcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info