Ağstafanın cəbhəyanı Tatlı kəndində enerji sistemi yenidən qurulur
Tarix: 07.09.2018 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


“Azərişıq” ASC tərəfindən Qərb regionunda aparılan yenidənqurma işləri davam etdirirlir. İstismar müddətini başa vurmuş elektrik şəbəkələri yenidən qurulur, texniki itkilərin səviyyəsinin minimuma endirilməsi, kənd təsərrüfatı, sənaye, turizm və digər iaşə obyektlərinin, o cümlədən əhalinin keyfiyyətli və fasiləsiz elektrik enerjisi ilə təmin edilməsi üçün əsaslı təmir-tikinti işlər həyata keçirilir.
“Qərb” RETSİ-nə daxil olan Ağstafa EŞ-də cari ildə elektrik enerjisinin ötürülməsində keyfiyyət dəyişkliyinə nail olunub. İstehlakçıların dayanıqlı elektrik enerjisi ilə təminatı üçün 35/6 kV-luq Poylu kəndində “Nasos yarımstansiyası” tamamilə yenidən qurularaq son texnologiyalı avadanlıqlarla təchiz edilib. Ötən üç il ərzində Ağstafa elektrik şəbəkəsinin xidməti ərazisində 36 ədəd 10,6/0,4 kV – luq müxtəlif gücdə KTM –lər istifadəyə verilib. 110/35/10 kV-luq “Ağstafa yarımstansiyası” yenidən qurulur. Sərhəd yanı Tatlı kəndində elektrik enerjisinin paylanmasında keyfiyyətin artırılması üçün 10 və 0,4 kV-luq şəbəkələr tamamilə yenidən qurulur. Kənddə 7 ədəd müxtəlif güclü müasir tipli KTM-lər quraşdırılıb. 50 ədəd yeni 10 kV dayaqlar basdırılıb, 440 ədəd 0,4 kV SİP dayaq quraşdırılıb. 7 km uzunluğunda ÖİN(SİP) çəkilib. Hal hazırda kənddə tamamlama işləri aparılır. Bu ilin 8 ayı ərzində Ağstafa rayonunda 863 abonentə sayğac quraşdırılıb. Onlardan 629 ədədi əhali, 234 ədədi isə qeyri-əhali abonentidir.
Hazırda Ağstafa rayonunda 0,4 kV-luq elektrik şəbəkələrinin ÖİN kabellərlə əvəzlənməsi işləri davam etdirilir, yeni avadanlıqlar (dayaqlar,SİP kabellər,KTM-lər və s.) qurlaşdırılır, sayğaclar dəyişdirilir.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.04.2019
Baş Dövlət Yol Polisi İdarəsi vəBakı Beynəlxalq Avtovağzal Kompleksi birgə maarifləndirici tədbir keçirib
23.04.2019
Sumqayıtda yeni yaşayış məskənləri telefonlaşdırılacaq
23.04.2019
Masallı rayonundakı N.Gəncəvi adına 1 nömrəli tam orta məktəbində maraqlı tədbir
23.04.2019
“Qala Sığorta” və “Qala Həyat” tələbələrin sosial layihəsinə dəstək olub
23.04.2019
Prezident Mərdəkan-Qala avtomobil yolunun açılışında iştirak edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10758

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Ermənistanda daha 400-ə yaxın məmur işdən qovulacaq
4 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək
5 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info