“İlin sonuna inflyasiyanın elan edilən hədəf intervalından aşağı olacağı gözlənilir”
Tarix: 07.09.2018 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


“Cari ildə inflyasiya birrəqəmli səviyyədə möhkəmlənib, ilin ilk 7 ayında orta illik inflyasiya cəmi 2,8 faiz olub. Proqnozlara görə, ilin sonuna inflyasiyanın elan edilən hədəf intervalından aşağı olacağı gözlənilir. Cari ilin altı ayında tədiyə balansının cari əməliyyatlar balansında ÜDM-in 16 faizi səviyyəsində profisit yaranıb”. Bu barədə Mərkəzi Bankın sədri Elman Rüstəmov sentyabrın 7-də Bakıda keçirilən “Azərbaycan Rəqabətlilik Forumu 2018”də deyib. “2014-cü ilin sonlarından başlayaraq xarici şok, neftin qiymətinin əhəmiyyətli şəkildə aşağı düşməsi makroiqtisadi sferada bir sıra çağırışlar formalaşdırdı. Həyata keçirilmiş makroiqtisadi manevr 2015-ci ildən başlayaraq ölkədə iqtisadiyyatın sabitləşməsinə imkan verdi. Manevr nəticəsində neft gəlirlərindən istifadə səviyyəsi optimallaşdırıldı, məzənnə korreksiyası və adekvat monetar siyasət həyata keçirildi. Nəticədə milli iqtisadiyyatın daxili və xarici tarazlığı bərpa olundu, ölkənin strateji valyuta ehtiyatlarına əhəmiyyətli qənaət edildi, 2017-ci ildə tədiyə balansında profisit yarandı, milli valyutanın məzənnəsinin iri tarazlıq səviyyəsi formalaşdı, inflyasiya aşağı düşdü və iqtisadiyyatın bərpasına nail olundu. 2017-ci ildən formalaşan makroiqtisadi sabitlik 2018-ci ildə də davam etməkdədir” - deyə E.Rüstəmov bildirib.




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Azərbaycan Prezidenti: “Azərbaycana bu gün sərmayə qoyan sabah böyük fayda görəcək”
20.09.2019
“Neftdən əldə edilən gəlirlərin xalqın rifahına yönəltmək kimi əsas məqsədə nail olundu”
20.09.2019
Sahibkarların nəzərinə!
20.09.2019
“Azərbaycanın bütün sahələrində olduğu kimi, dağ-mədən və hasilat sahəsində də inkişaf yaşanır“
20.09.2019
Naxçıvanda beynəlxalq standartlara cavab verən su təchizatı və kanalizasiya sistemləri qurulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10889

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info