Xurma ixracı artacaq
Tarix: 07.09.2018 | Saat: 17:38:00 | E-mail | Çapa göndər


Kənd təsərrüfatı naziri İnam Kərimov ölkədə xurma istehsalı, emalı və ixracatı ilə məşğul olan fermer və sahibkarlarla görüşüb. Nazirliyin əsas fəaliyyət prinsiplərindən birinin fermerlərlə sıx əməkdaşlıq etmək olduğunu deyən İnam Kərimov bu məqsədlə müxtəlif sahələr üzrə ixtisaslaşmış assosiasiyaların üzvləri ilə mütəmadi görüşlər keçirdiyini bildirib. Nazir Prezident İlham Əliyevin imzaladığı Fərmana uyğun olaraq yerlərdə kənd təsərrüfatı idarələrinin əsasında Dövlət Aqrar İnkişaf mərkəzlərinin yaradıldığını xatırladıb, DAİM-lərin xidmətyönümlü fəaliyyət göstərəcəyini qeyd edib. Görüşdə çıxış edən fermer və sahibkarlar xurma istehsalçıları və ixracatçılarının bir araya gələrək assosiasiya yaratmaq təşəbbüsü ilə çıxış etdiklərini deyiblər. Yeni assosiasiya Azərbaycanın 11 rayonunda 59-dək xurmaçı və xurmaçılıq sahəsində çalışan şirkət və fermerləri öz sırasında birləşdirəcək. Yaradılan assosiasiyanın illik istehsal gücü 6000 ton, ixracat potensialı isə 5400 tondur. Qeyd olunub ki, yeni assosiasiyanın yaradılmasında məqsəd Azərbaycanda xurma bağlarının sayının artırılması, xurma istehsalının genişləndirilməsi və ixracatın maksimum səviyyəyə çatdırılmasıdır. Çıxış edən fermer və sahibkarlar Kənd Təsərrüfatı Nazirliyinin kəndli və fermerlərlə yaxınlıq, kənd təsərrüfatında düzgün idarəçiliyə nail olmaq və innovasiyaların tətbiqini həyata keçirmək siyasətini dəstəklədiklərini bildiriblər. Görüşdə xurma istehsalı və emalı sahəsində mövcud vəziyyət dəyərləndirilib, ölkənin ixracat potensialının artırılması üçün təkliflər irəli sürülüb.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
AzerTelecom Azərbaycanın Regional Rəqəmsal Mərkəzə çevrilməsi üçün “Azerbaijan Digital Hub” proqramını icra edir
23.01.2019
Azərbaycan Prezidenti İlham Əliyevlə İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
23.01.2019
BMT Azərbaycanda əlilliyi olan insanların məşğulluğuna dair yeni layihə reallaşdıracaq
23.01.2019
Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür
23.01.2019
Hər il əmək bazarına 100 min gənc daxil olur

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info