Vəkil qurumlarının sayı 48-ə çatıb
Tarix: 07.09.2018 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib. Vəkillər Kollegiyasından AZƏRTAC-a bildiriblər ki, iclasda kollegiyanın sədri Anar Bağırov son dövrlər Rəyasət Heyəti tərəfindən görülən işlərin vəziyyəti barədə məlumat verib. Bundan başqa, vəkil qurumları tərəfindən təqdim olunmuş növbətçilik cədvəlləri təsdiqlənib. Daha sonra 700 bal toplayaraq Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçiliyi Akademiyasının hüquq fakültəsinə daxil olmuş birinci kurs tələbəsi Şahxanım Həsənovaya Vəkillər Kollegiyası Rəyasət Heyəti tərəfindən təsis edilmiş “Əlimərdan bəy Topçubaşov” adına təqaüdün verilməsi qərara alınıb. Qeyd edək ki, Şahxanım Həsənova haqqında məlumat “Facebook” şəbəkəsindən əldə olunub. Bundan başqa, yeni vəkil qurumlarının təsis olunması ilə bağlı qərarlar qəbul edilib. Belə ki, Salyan rayonunda yeni vəkil bürosu, Bakıda 20 saylı və “LCG” vəkil bürolarının təsis olunması barədə məsələlərə baxılıb. Bu müraciətlərlə əlaqədar Rəyasət Heyəti tərəfindən müsbət qərarlar verilib. Eyni zamanda, başqa vəkil qurumuna keçmək, fərdi qaydada fəaliyyət göstərmək və vəkilliyə qəbul üzrə müraciətlərə də baxılıb, bir sıra vəkillərin mükafatlandırılması haqqında qərarlar qəbul edilib. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun tələbinə əsasən, hüquq üzrə elmlər doktoru dərəcəsi olan şəxslərin Vəkillər Kollegiyasına vəkil andı içərək birbaşa qəbul edilməsi proseduruna uyğun olaraq, Bakı Dövlət Universitetinin cinayət prosesi kafedrasının müdiri, tanınmış hüquqşünas, hüquq elmləri doktoru Firuzə Abbasova Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunub. Beləliklə, Vəkillər Kollegiyasının üzvləri sırasında hüquq elmləri doktorlarının sayı 7-yə çatıb. İclasda vəkillər barəsində başlanılmış 24 intizam icraatı üzrə Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılaraq, peşə borcunun həyata keçirilməsi ilə bağlı qanunvericilik aktlarının tələblərinin, vəkillərin davranış qaydaları haqqında əsasnamənin, o cümlədən vəkil etikası normalarının pozuntusu əsası ilə 7 vəkil barəsində intizam tənbeh tədbiri seçilib. Xüsusilə, vəkil etikasına riayət etmədiyinə görə 1 vəkilə irad tutulub. Həmçinin ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törətmələrinə və məhkəmə prosesi iştirakçılarına münasibətdə nəzakətsiz davrandıqlarına görə iki vəkilə töhmət verilib. Müqavilə bağlamadan hüquqi yardım göstərdiyinə, müdafiə hüququnun pozuntusuna yol verdiklərinə və ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə maneçilik törətmələrinə görə dörd vəkilin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub. Digər işlər üzrə isə pozuntu aşkar edilmədiyi üçün intizam icraatına xitam verilib. Sonda Kollegiyanın fəaliyyətinə dair digər məsələlər ətrafında müzakirələr aparılıb, müvafiq qərarlar qəbul olunub.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info