“Kaspi” Təhsil Şirkəti birillik fəaliyyətinə dair hesabat verdi
Tarix: 07.09.2018 | Saat: 17:43:00 | E-mail | Çapa göndər


“Kaspi” Təhsil Şirkətinin 2017-2018-ci tədris ilindəki fəaliyyətinin yekunlarına həsr edilən tədbir keçirildi.
Tədbirdə “Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva bu qurumun inkişaf mərhələlərindən, təhsil sahəsində həyata keçirilən layihələrdən, qazanılan uğurlarla bağlı məlumat verdi. Müasir dünyada təhsilin mühüm rolunu vurğulayan S.Vəliyeva bu sahənin inkişafı ilə bağlı fikirlərini bildirdi.
Tədbirdə şirkətin “Kaspi Abituriyent” kursları, Kaspi liseyləri və digər xidmətlərinin nəticələri haqqında ətraflı məlumatlar verildi. Bildirildi ki, Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərə keçirilən qəbul imtahanlarında “Kaspi”nin məzunu Nərmin Balakişiyeva 700 bal, Firudin Heydərov isə 695 bal toplayaraq Prezident təqaüdçüsü olublar.
Ümumilikdə isə “Kaspi Abituriyent” kurslarının ali məktəblərə qəbul nəticəsi 96 faiz təşkil edib. Belə ki, 26 abituriyent qəbul imtahanlarında 600-dən, 72 abituriyent 500-dən, 112 abituriyent 400-dən yuxarı bal toplayıb.
Ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış gənclər və onların valideynləri ölkəmizdə təhsilə göstərilən xüsusi diqqət və qayğıdan danışıldı.
Sonda qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərə və onların müəllimlərinə “Kaspi” Təhsil Şirkəti tərəfindən hədiyyələr təqdim olundu.
Qeyd edək ki, “Kaspi” Təhsil Şirkəti 2007-ci ildə xarici dillərin tədrisi ilə məşğul olan mərkəz kimi fəaliyyətə başlayıb. Ötən 11 ildə bu qurum fəaliyyətini genişləndirərək iki lisey, beş uşaq bağçası, 11 filial, 11 yerli nümayəndəlik açıb və “şirkət” statusunu qazanıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Aİİ-də BDU-nun İlahiyyat fakültəsinin məzunları ilə görüş keçirilib
19.11.2018
Tələbələrimiz beynəlxalq müsabiqənin Çin üzrə final mərhələsində iştirak ediblər
19.11.2018
Təhsil nazirinin yeni müavini kollektivə təqdim olunub
19.11.2018
Azərbaycanın ali məktəblərində ehtiyac duyulan ixtisaslar üzrə beynəlxalq ikili diplom proqramları təşkil ediləcək
17.11.2018
Əvvəlki ilin məzunları imtahanların hər iki mərhələsində iştirak etməlidirlər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info