Rusiya-Azərbaycan regionlararası forumu keçiriləcək
Tarix: 07.09.2018 | Saat: 18:09:00 | E-mail | Çapa göndər


“Rusiya Azərbaycanla ikitərəfli münasibətlərin inkişafını ruh yüksəkliyi ilə izləyir”. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransı zamanı deyib.
O qeyd edib ki, Rusiya Federasiyası subyektlərinin Azərbaycanla çoxplanlı əməkdaşlığı Azərbaycan hökumətinin Rusiya regionlarının hökumətləri ilə sazişləri əsasında inkişaf edir: “Hazırda 17 bu cür saziş qüvvədədir və bir sıra yeniləri hazırlanır. Azərbaycanla regionlararası əlaqələrin səmərəliliyini aşağıdakı faktlar sübut edir: Bakıda Dağıstanın, Tatarıstanın nümayəndəlikləri, “Ural” Ticarət Evi” QSC, “Tatarıstan” ticarət evi, “Başqırdıstan Hava Yolları”, “Perm Hava Yolları”, “Pulkovo Hava Yolları”, “Samara Hava Yolları”, “Ural Hava Yolları” regional aviaşirkətlərinin, “AVTOVAZ”ın rəsmi dileri “Xəzər-Lada”nın, “Vostok Servis” şirkətlər qrupunun nümayəndəlikləri açılıb. Azərbaycan sahibkarları Yessentuki şəhərində sanatoriya-kurort mərkəzinin, eləcə də Krasnodar diyarında ərzaq məhsulları istehsalı zavodunun tikintisinə investisiya yatırıb”.
M.Zaxarova əlavə edib ki, yeni layihələrin müzakirə olunduğu məkan hər il keçirilən Rusiya-Azərbaycan regionlararası forumudur və hazırda bu tədbirin sayca doqquzuncusu hazırlanır: “Rusiya Azərbaycanla ikitərəfli münasibətlərin inkişafını ruh yüksəkliyi ilə izləyir. Potensial çox böyükdür. Bir çox şeylər reallaşdırılır, bir çox şeylərsə hazırlıq mərhələsindədir”.




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
23.01.2019
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
23.01.2019
“Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir”
23.01.2019
Davos görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər
23.01.2019
“Azərbaycan- Ukrayna” beynəlxalq alyansının sədri Milli Məclisdə olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info