Bu il məşğulluq orqanlarının xətti ilə 2158 məcburi köçkün işlə təmin edilib
Tarix: 07.09.2018 | Saat: 20:14:00 | E-mail | Çapa göndər


Cari ilin ötən dövründə 1214 nəfər məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub

Prezidentin tapşırığına uyğun olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən icra olunan özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edənlər arasında üstünlük verilən kateqoriyalardan biri də məcburi köçkünlərdir.
Bu ilin ötən dövründə özünüməşğulluq proqramına cəlb edilmək üçün müraciət edən məcburi köçkünlərdən özünüməşğulluq fəaliyyətini və ailə əməyinə əsaslanan kiçik biznesini qurmaq üçün potensialları olan 1214 nəfər proqrama cəlb edilib. Onlar üçün kiçik biznesin qurulması və idarəedilməsi üzrə təlim kursları təşkil olunub. Artıq əksər hissəsi kursları uğurla başa vuraraq biznes planlarını müdafiə ediblər. Biznes-planları müsbət dəyərləndirilən şəxslərə kiçik ailə təsərrüfatlarını qurmaq üçün yaxın günlərdə aktivlər veriləcək.
Hazırda işsiz və işaxtaran şəxslərin özünüməşğulluq proqramına cəlb edilməsi işləri davam edir və ilin sonunadək proqrama cəlb olunacaq məcburi köçkünlərin sayının artacağı gözlənilir.
Məcburi köçkünlərin məşğulluğunun təmin olunması işlərinin davamı kimi, 2018-ci ilin yanvar-avqust aylarında nazirliyin məşğulluq orqanlarının xətti ilə 2158 məcburi köçkün işlə təmin edilib. 36 nəfər məcburi köçkün ödənişli ictimai işlərə, 174 nəfər məcburi köçkün isə peşə hazırlığına cəlb olunub.

Tural




 
Bölməyə aid digər xəbərlər
15.01.2019
“Korrupsiyaya qarşı mübarizə tədbirləri daha intensiv xarakter alıb”
15.01.2019
“Azərbaycanda sosial ticarət, e-ticarətin bir addım önündə“
15.01.2019
“Bakcell” sosial şəbəkələrdə abunəçi sorğularını 100% cavablandırıb
15.01.2019
Əlahiddə Çevik Polis Alayında əməliyyat müşavirəsi keçirilib
15.01.2019
Ağsuda MİGAZ-la bağlı maarifləndirici seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info