“Məzun evi”nin bir qrup sakininə peşə sertifikatları təqdim olunub
Tarix: 07.09.2018 | Saat: 20:44:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun “Məzun evi” Sosial Müəssisəsinin 23 nəfər sakini üçün xalçaçılıq peşəsi üzrə təşkil olunmuş peşə hazırlığı kursu başa çatıb.
Kursa cəlb olunmuş gənclər peşə təlimi müddətində qazandıqları bacarıqları nümayiş etdiriblər. Onların hər birinin bacarığı müsbət dəyərləndirilib və gənclərə xalçaçılıq peşəsi üzrə peşə hazırlığı kursunu bitirmələri barədə sertifikatlar təqdim olunub.
Peşə təlimi müəssisənin özündə fəaliyyət göstərən xalçaçılıq sexində təşkil olunub. Kursu bitirən gənclərdən 5 nəfəri elə həmin sexdə işlə təmin olunub. Digərlərinin də xalçaçılıq peşəsi üzrə məşğulluqlarının təmin olunması üçün işlər aparılır.
İki yaşayış binasından ibarət “Məzun evi”ndə valideyn himayəsindən məhrum olan 243 gənc mənzillə təmin edilib. Müəssisədəki gənclərin əksəriyyəti elə “Məzun evi” müəssisəsində, eləcə də ətraf ərazidə yerləşən müəssisələrdə işlə təmin olunublar. Sakinlərdən bir qismi isə özünüməşğulluq proqramına cəlb edilib.

Tural




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info