Polşa və Qazaxıstanda Azərbaycan Ticarət Evi açılacaq
Tarix: 07.09.2018 | Saat: 23:46:00 | E-mail | Çapa göndər


Polşa və Qazaxıstanda Azərbaycan Ticarət Evi açılacaq. İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən “Palitra”ya bildirilib ki, İxracatçılar Klubunun növbəti iclası Polşa və Qazaxıstanda açılması nəzərdə tutulan ticarət evlərinə həsr edilib. Bildirilib ki, dövlət başçısının tapşırığına uyğun olaraq, Azərbaycan məhsullarının ixracının dəstəklənməsi, ixracın həcminin və coğrafiyasının genişləndirilməsi, "Made in Azerbaijan" brendinin təşviqi məqsədilə artıq 3 ölkədə - Belarus, Latviya və Ukraynada Azərbaycan Ticarət Evi fəaliyyət göstərir. Ticarət evlərində Azərbaycan şirkətlərinin istehsal etdiyi müxtəlif növ məhsulların daimi sərgisi fəaliyyət göstərir. Bu sərgilərdə şərab və konyak, meyvə şirələri, kompotlar, mineral sular, tərəvəz, mürəbbələr, turşular, konservlər, bitki yağları, çay, xalça, tekstil, ipək və kosmetika malları, elektrik avadanlıqları, plastik məmulatlar və sair nümayiş olunur. Qeyd edilib ki, ticarət və şərab evlərinin açılması Azərbaycan məhsullarının xarici bazarlara çıxarılması, ixracın və istehsalın stimullaşdırılması istiqamətində əhəmiyyətli rol oynayır. Bu tədbirlərin davamı olaraq 2018-ci ilin sonunadək Polşa və Qazaxıstanda da ticarət evlərinin açılması nəzərdə tutulur. Azərbaycanda İxracatçılar Klubunun icraçı direktoru Zöhrab Qədirov Azərbaycanın Polşa və Qazaxıstanda açılacaq ticarət evləri barədə ətraflı məlumat verib, sahibkarları bu sahədə fəallığa dəvət edib. Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Anar




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Azərbaycan Prezidenti İlham Əliyevlə İsveçrə Prezidenti Ueli Maurerin görüşü olub
23.01.2019
BMT Azərbaycanda əlilliyi olan insanların məşğulluğuna dair yeni layihə reallaşdıracaq
23.01.2019
Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizi təşəbbüsünün fəal üzvüdür
23.01.2019
Hər il əmək bazarına 100 min gənc daxil olur
23.01.2019
Xaricdən ən çox sifariş verilən 10 Azərbaycan məhsulu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info