AMEA-da yubiley konfransları
Tarix: 28.06.2013 | Saat: 00:59:00 | E-mail | Çapa göndər


AMEA-nın M.Nağıyev adına Kimya Problemləri İnstitutunun və Polimer Materialları İnstitutunun birgə təşkilatçılığı ilə mərhum akademik Ayaz Əfəndiyevin 75 illik yubileyinə həsr olunmuş “Makromolekullar kimyasının fundamental və tətbiqi problemləri” mövzusunda elmi konfrans işə başlayıb.
Tədbiri giriş sözü ilə açan AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Dilqəm Tağıyev Azərbaycanda kimya elminin inkişafında görkəmli alim Ayaz Əfəndiyevin xüsusi rolunu qeyd edib. Bildirib ki, yüksəkmolekullu birləşmələr kimyası sahəsində fundamental tədqiqatları ilə tanınan Ayaz Əfəndiyev kompleks əmələ gətirən polimer sorbentlər və metal polimer kompleks katalizatorların alınmasının və xassələrinin tənzimlənməsinin yeni prinsiplərini işləyib hazırlayıb. AMEA-nın Polimer Materialları İnstitutunun direktoru Abbasqulu Quliyev akademikin həyatı və elmi fəaliyyəti haqqında ətraflı məlumat verib. Qeyd edilib ki, akademik 400 adda elmi əsərin, 40-a yaxın kitabın, ixtiranın və patentin müəllifidir. Alimin 200-dən çox əsəri müxtəlif xarici dillərə tərcümə olunub. A.Əfəndiyev Birləşmiş Millətlər Təşkilatının eksperti kimi bir çox xarici ölkələrdə də çalışmış, 60-dan artıq mötəbər beynəlxalq forumda Azərbaycan elmini layiqincə təmsil edib. Tədbirdə akademik Nadir Seyidov, AMEA-nın müxbir üzvü Mustafa Salahov və digər çıxış edənlər görkəmli alimlə bağlı xatirələrini bölüşmüş, onun kimya elminə verdiyi töhfələrdən danışıblar.

Vasim Məmmədəliyevin
70 illik yubileyi

AMEA-da həmçinin akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə akademik Vasim Məmmədəliyevin 70 illik yubileyinə həsr olunmuş “Azərbaycan şərqşünaslıq elminin inkişaf yolları” mövzusunda ikigünlük beynəlxalq elmi konfrans işə başlayıb. Konfransda Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan və Türkmənistandan da alimlər iştirak edirlər. Tədbirdə tanınmış şərqşünas alim, akademik Vasim Məmmədəliyevin həyatı, elmi və ictimai fəaliyyəti haqqında geniş danışılıb. Sonra konfrans işini AMEA-nın Şərqşünaslıq İnstitutunda bölmə iclasları ilə davam etdirib. Hər iki konfrans iyunun 28-də başa çatacaq.
Günay




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info