Erməni talanları ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət olunacaq
Tarix: 07.09.2018 | Saat: 23:48:00 | E-mail | Çapa göndər


Xəbər verildiyi kimi, bu gün Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyanın görüşü olacaq. Görüşdə Dağlıq Qarabağ münaqişəsinin də müzakirə ediləcəyi gözlənilir. Politoloq İlqar Vəlizadə bu haqda fikirləri SİA-ya bildirib: "Sentyabrın 8-də Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşdə bir sıra məsələlərlə yanaşı, çox güman ki, Dağlıq Qarabağ münaqişəsi əsas mövzulardan biri olacaq". Rusiya-Azərbaycan hərbi əməkdaşlığından Ermənistan hakimiyyətinin narahatlıq keçirdiyini deyən politoloq bildirib ki, düşmən ölkə yaxşı anlayır ki, bu əməkdaşlıq nəticə etibarilə Azərbaycanın güclənməsi, onların zəifləməsinə gətirib çıxaracaq.
Politoloqun sözlərinə görə, Ermənistan güclənən Azərbaycan qarşısında acizdir: " Ermənistan üçün əsas silah satıcısı Rusiyadır. Ermənistan anlayır ki, Rusiyanın Azərbaycana üstünlük verməsi onlar üçün acınacaqlı nəticələrə gətirib çıxaracaq".
Rusiya ilə Ermənistan arasında münasibətlərin kəskin şəkildə pisləşdiyini deyən İ. Vəlizadə vurğulayıb ki, hazırda ermənilər Rusiya ilə ortaq məxrəcə gəlməyə çalışsalar da, bu çətin olacaq: "Çünki Rusiyanın onlar qarşısında müəyyən şərtləri var ki, ermənilərin bu şərtləri əməl etməsi çox çətin məsələdir. Bildiyiniz kimi, son vaxtlar Ermənistan hakimiyyətinə antirusiya qüvvələrinin təmsilçiləri gətirilib ki, qonşu ölkə onların hakimiyyətdə qalmasından narahatdır. Ermənistan hakimiyyəti iki ölkə arasında münasibətlərin korlanmayacağına dair müxtəlif vədlər verməsinə baxmayaraq, Rusiya buna inanmamaqla yanaşı, açıq mesajlarını göndərməkdədir. Rusiya üçün Paşinyan artıq qırmızı xətti keçib. Çünki Rusiya Ermənistandan keçmiş hakimiyyət nümayəndələrinə qarşı təzyiq edilməməsini istəsə də, Paşinyan bunların heç birinə əmək etmədi. Paşinyanın köhnə siyasi elitaya qarşı repressiyaları Rusiyanın maraqlarına toxunmuş oldu. Koçaryan sərbəst buraxılsa da, ona qarşı istintaq davam edir. Putinin ilk dəfə olaraq istintaqı davam edən bir insanla, yəni Koçaryanla əlaqə saxlayıb, onu doğum günü münasibətilə təbrik etməsi göstərir ki, Rusiya kəskin şəkildə Ermənistanın siyasi müxalifətini dəstəkləyir və bu dəstəkdən çəkinməyəcək".
Politoloq qeyd edib ki, hazırkı vəziyyətdə Ermənistan Rusiya münasibətlərində böhranın hökm sürdüyünü söyləmək olar: "Bu böhranın nəticələri Ermənistan üçün pis nəticələr verə bilər. Yaxın aylarda Rusiyanın Ermənistana verdiyi qazın qiymətini də qaldırması istisna edilmir. Bir sözlə, Ermənistanı bütün mənalarda qarşıda soyuq qış gözləyir. Paşinyan buna görə də Moskvaya gedərək Putinlə razılıq əldə etmək istəyir. Görünür, Ermənistan hakimiyyəti güzəştlərə getməyə hazırdır. Lakin bu güzəştlərin nədən ibarət olacağını yalnız görüşdən sonra bilmək mümkündür".
İ. Vəlizadə əlavə edib ki, bu ərəfələrdə Putinin Azərbaycana səfəri ilə bağlı xəbərlərin yayılması göstərir ki, Ermənistan hazırkı şəraitdə hansı addımı atsa da, Rusiya üçün, Azərbaycanla münasibətlər daha önəmlidir: "Ermənistan bu məsələdə də acizdir. Rusiya bununla Ermənistan hakimiyyətinin siyasətində dəyişiklik edilməsinin vacibliyi ilə bağlı bir mesaj vermiş də olur".

Rusiya-Ermənistan münasibətləri gərgin vəziyyətdədir
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu isə deyib ki, ümumiyyətlə, sirr deyil ki, Nikol Paşinyanın günahı ucbatından Rusiya-Ermənistan münasibətləri hədsiz gərgin vəziyyətdədir: “Yəni Paşinyan dövlət idarəçiliyinə, siyasətə uyğun olmayan addımlar atdı. Bu adam ancaq tənqid etmək, söyüş söyməyi bacarır. O başqa şeyi bacarmır". Onun sözlərinə görə, Paşinyan hakimiyyətə gəldi və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) mövzusunda Rusiya ilə münasibətləri gərginləşdirdi: "Hətta o bunu dünyada ləkələdi. Hesab edin ki, KTMT-nin başında duran cinayətkar bir adamdır. O, Qərbə çox lazım idi ki, KTMT-nin imici ləkələnsin. Təbii ki, Paşinyan da bunu etdi. Paşinyan hakimiyyətə gələn kimi ətrafında olan, Rusiyada yaşayan bir neçə ermənini Ermənistandan qovdu. Rusiyanın hərbi bazasının Ermənistandan çıxarılması məsələsini aktuallaşdırdı. Yəni bütün bunlar hamısı Rusiyanın maraqlarına daban-dabana zidd olan bir şeydir. Xaçaturov məsələsindən sonra Rusiya addım atdı və Rusiya xarici işlər naziri Sergey Lavrov bəyanat verdi. Bu məsələlərin üstündən bir neçə gün keçəndən sonra isə Rusiya prezidenti Vladimir Putin Ermənistanın keçmiş prezidenti Robert Koçaryana zəng etdi. Koçaryan eks-prezident olduğu 10 il ərzində nə Putin, Medvedev, nə də Rusiyadan kimsə Koçaryana zəng edərək onun ad gününü təbrik etməyib.
Putinin yadına düşən Koçaryan deyildi, əksinə, Paşinyanı cəzalandırmaq və öz münasibətini bildirmək idi. İndi kimsə Paşinyana bütün bunları başa salıb və o da yalvara-yalvara Moskvaya qaçır. Mən elə başa düşürəm ki, o, bu dəfə də Moskvada vəziyyəti düzəldə bilməyəcək. Bu gün Paşinyanın Qərblə münasibətlərində də kifayət qədər problem var".

Qaçqın soydaşlarımıza məxsus talanmış, qanunsuz olaraq ələ keçirilmiş əmlakların dəyəri təxminən 2,5 milyard ABŞ dolları təşkil edir
Yeri gəlmişkən, Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “1988-ci ildən etibarən Ermənistandan deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin edilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin təşkili” layihəsinin icrasına başlayıb.
İctimai Birlikdən bildiriblər ki, layihənin məqsədi 1988-1989-cu illərdə vahid mərkəzdən idarə olunan erməni quldur dəstələrinin və rayon rəhbərlərinin nəzarəti və iştirakı ilə azərbaycanlıların dədə-baba yurdu olan Ermənistan ərazisindən deportasiyası məqsədilə onların evlərinə basqın edərək əmlaklarının qanunsuz ələ keçirilməsi, pozulmuş əmlak hüquqlarının bərpası ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciət etmələrinə şərait yaratmaqdır. Aparılmış araşdırmaların, elmi-tədqiqat işlərinin, mövcud arxiv sənədlərinin əsasında müəyyən edilib ki, azərbaycanlıların deportasiyası dövründə soydaşlarımızın kolxozlarda olan illik əməkhaqları ermənilər tərəfindən mənimsənilib. Həmçinin bir çoxları dövlət banklarında olan əmanətlərini götürə bilməyərək, məcburiyyətdən geniş həyətyanı torpaqlarını, mülklərini və evlərini tərk ediblər. Soydaşlarımızın fərdi təsərrüfatlarındakı əmlakları da bütünlüklə ermənilər tərəfindən əvəzi ödənilmədən mənimsənilib. Qaçqın soydaşlarımıza məxsus talanmış, qanunsuz olaraq ələ keçirilmiş əmlaklarının dəyəri təxminən 2,5 milyard ABŞ dolları təşkil edir.
1988-ci ildən Ermənistandan deportasiya edilən azərbaycanlıların pozulmuş əmlak hüquqlarının bərpasına nail olmaq, onlara vurulan maddi və mənəvi ziyanın ödənilməsi öhdəliyini Ermənistan dövlətinin üzərinə qoymaq üçün hazırlanmış material və sənədlər İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə göndəriləcək, bununla bağlı faktlar Avropa və dünya ictimaiyyətinin diqqətinə çatdırılacaq.
Avropa Şurasının üzvü olan Ermənistandan 1988-ci ildən deportasiya olunmuş azərbaycanlıların pozulmuş əmlak hüquqlarının təmin etməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsinə müraciətlərin başlanması üçün artıq sənədlərin qəbuluna start verilib. İlkin müraciətlər onlayn formada doldurulur (Elektron müraciət linki: (https://docs.
google.com/forms/).
Hüquqları pozulmuş soydaşlarımız “Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyinə dəvət olunaraq məlumatlandırılırlar. Onların lazımi sənədlərinə baxıldıqdan sonra müraciətlərin başlanması üçün kömək göstərilir, dəymiş ziyan hesablanaraq təzminat tələb edilir. Bunun üçün 1988-ci ildən Qərbi Azərbaycandan məcburən köçürülən soydaşlarımızın İctimai Birliyin ofisinə (Bakı şəhəri, İstiqlaliyyət pr-57, Bakı AZ1001, 012 497 56 65, 050 263 02 66 (layihə rəhbəri), e-mail: office.aynha@gmail.com) gələrkən əllərində olan sənədləri də gətirmələri xahiş olunur.
Layihənin icrasında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Azərbaycan Milli Elmlər Akademiyasının elmi-tədqiqat institutları, Dövlət Arxiv İdarəsi, Qarabağ Araşdırma Mərkəzi kimi bir sıra dövlət təşkilatlarının köməyindən də istifadə ediləcək.
Fuad Hüseynzadə




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
“Regionda gərginliyin artmasında tam məsuliyyət Ermənistan rəhbərliyinin üzərinə düşür”
20.09.2018
“Qaregin Njdenin Hitlerin nasist ideologiyasının tərəfdarı olması ilə bağlı danılmaz sübutlar var”
19.09.2018
“Ermənistan indi çox ağır vəziyyətə düşüb”
18.09.2018
Rumıniyanın “AGERPRES” agentliyi: “Dünya ictimaiyyəti Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ərazisi kimi tanıyır
17.09.2018
Ukrayna KİV-ləri: “Ermənistan silahlı qüvvələri Azərbaycanın mülki əhalisini atəşə açır”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info