Sona Vəliyeva: “Şagirdlərə qarşı tələbkar olmağınız bu uğurlarla təsdiq olundu”
Tarix: 08.09.2018 | Saat: 00:13:00 | E-mail | Çapa göndər


Ötən gün “Kaspi” Təhsil Şirkətinin 2017-2018-ci tədris ilindəki fəaliyyətinin yekunlarına həsr edilən tədbir keçirilib. Tədbirdə “Kaspi” Təhsil Şirkətinin təsisçisi Sona Vəliyeva, “Kaspi” Elmlər və Əhmədli filiallarının direktorları Rəsul Ağayev və Rövşən Abbasov, qəbul imtahanlarında yüksək bal toplayan “Kaspi” məzunları və media nümayəndələri iştirak ediblər.

Tədbirdə “Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva görkəmli dövlət xadimi, ulu öndər Heydər Əliyevin təhsilə daim xüsusi önəm verdiyini, ümummilli liderin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini bildirib. Müasir dünyada təhsilin mühüm rolunu diqqətə çatdıran S.Vəliyeva Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışıb. Müasir dünyada təhsilin mühüm rolunu diqqətə çatdıran S.Vəliyeva Prezident İlham Əliyevin bu sahənin inkişafı ilə bağlı imzaladığı sənədlərin əhəmiyyətindən danışıb. “Kaspi” Təhsil Şirkətinin inkişaf mərhələləri və fəaliyyəti barədə məlumat verən S.Vəliyeva bildirib ki, bu qurum 2007-ci ildə xarici dillərin tədrisi ilə məşğul olan mərkəz kimi fəaliyyətə başlayıb. Ötən 11 ildə qurum fəaliyyətini genişləndirərək iki lisey, beş uşaq bağçası, 11 filial, 11 yerli nümayəndəlik açıb və “şirkət” statusunu qazanıb.
Şirkətin uğurlarından söz açan S.Vəliyeva deyib ki, qazanılan yüksək nəticələrin əsas səbəblərindən biri bilik səviyyəsinə uyğun dərəcə qruplarının təşkil olunması və davamlı təkrar proqramının tətbiq edilməsidirsə, digər səbəbi də şagird-müəllim-valideyn əməkdaşlığının qurulmasıdır.
Şirkətin Elmlər filialından 112, Əhmədli filialından 67, Xətai filialından 17, Nərimanov filialından 24, Sumqayıt filialından 20, Gəncə filialından 34 abituriyent Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında iştirak etdiyini deyən Sona Vəliyeva bildirib ki, nəticələr ürəkaçandır. Belə ki, 95,4% Elmlər, 97% Əhmədli, 100% Xətai, 80%-ə yaxın Nərimanov, 85%-ə yaxın isə Sumqayıt filialında nəticə əldə olunub. Təsisçi deyib ki, Gəncə filialı yeni yaranmasına baxmayaraq, buradakı nəticə də ürəkaçandır. Bildirib ki, filialın məzunları qəbul imtahanında 96%-lə müsbət nəticə əldə ediblər: “Bu bizi çox sevindirir. Mən bu gün xüsusi qürurla qeyd etmək istəyirəm ki, ötən il “Kaspi” Təhsil Şirkəti 700 ballıq nailiyyətlə Vahab Cəbrayılovu sizlərə təqdim etdi. İndi artıq Vahab Türkiyədə Boğaziçi Universitetində təhsil alacaq. Bunun davamı olaraq bu il Nərmin Balakişiyeva qəbul imtahanında 700 bal toplayıb. Bundan başqa, Firudun Heydərov 695 bal toplayaraq bizləri sevindirib”.
Prezident təqaüdçüsü adını qazanan şagirdlər haqqında danışan Sona Vəliyeva qeyd edib ki, indiyə kimi “Kaspi” Təhsil Şirkətində təhsil alan 26 şagird bu ada layiq görülüb: “Bu göstərici təhsil şirkəti üçün yüksək bir rəqəmdir. Bizim 600-dən çox bal toplayan şagirdlərimizin sayı 26-nı keçib. 72 abituriyent 500-dən, 112 abituriyent 400-dən, 158 abituriyent isə 300-dən yuxarı bal toplayıb".
S. Vəliyeva, həmçinin bildirib ki, şirkətin təsis etdiyi 2 lisey fəaliyyət göstərir: "Bu liseylərin Bakıxanov və Sabunçu filialları 2 məzun ili yola salıb. Bu illərdə bizim məzunlardan 540 bal toplayanların sayı 80%, 650 baldan yuxarı toplayanların sayı isə 25%-dir. Bütövlükdə ortalama bal 520 baldır. Bu bir məktəb üçün böyük nəticədir. Burada şirkətin son iki buraxılış ili üçün fəaliyyətinə nəzər yetirdikdə nəticə göstəricisi 100%-lə qiymətləndirilib. Qeyd etməliyəm ki, adıçəkilən filialı bitirən şagirdlərin sayı hamısı ali məktəblərə qəbul olub. Nəzərinizə çatdırım ki, bu məzunların içərisində 9 nəfəri Toronto, Orta Doğu kimi dünya səviyyəli universitetlərdə təhsil alır. Nədənsə, bəzən söhbət gedir ki, milli təhsil proqramı ilə fəaliyyət göstərən məktəblərin məzunları məzun olduqları ildə dünya universitetlərinə qəbul ola bilməzlər. Bu çox yanlış fikirdir! Biz həm “Kaspi” liseyi, həm də “Kaspi” Təhsil Şirkət olaraq artıq yeni dərs ili başlayanda şagirdlərin xaricdə oxumaq istəyini də nəzərə alaraq, bu proqramlar üzərindən şagirdlərlə iş aparırıq”.
Sona Vəliyeva 9-cu siniflər üzrə buraxılış imtahanlarında da nəticələrin ürəkaçan olduğunu vurğulayıb: “Təhsil arenasında “Kaspi” liseyi 1-ci yerə çıxıb. Bu uğurun, nailiyyətin, əlbəttə ki, arxasında böyük bir müəllim ordusunun əməyi, böyük bir nizam-intizam durur. Əziz müəllimlər, buna görə sizlərə təşəkkür edirəm! Şagirdlərə qarşı tələbkar olmağınız bu uğurlarla təsdiq olundu. Biz mümkün qədər çalışmışıq ki, sizin tədris şəraitinizi yüksək şəkildə qura bilək”.
S. Vəliyeva mövcud 98% nailiyyətin gələcəkdə 100%-ə çatacağına əminliyini ifadə edib. Onun fikrincə, çatışmayan 2% isə hazırlıq kurslarına 10-cu sinifdən gələn və Dövlət İmtahan Mərkəzinin qəbul imtahanlarında iştirak etməyən şagirdlərlə bağlı olub.
Qeyd edək ki, tədbirdə “Kaspi” Elmlər və Əhmədli filiallarının direktorları Rəsul Ağayev və Rövşən Abbasov, həmçinin ali təhsil müəssisələrinə qəbul imtahanlarında yüksək bal toplayaraq tələbə adını qazanmış gənclər və onların valideynləri ölkəmizdə təhsilə göstərilən xüsusi diqqət və qayğıdan danışıblar.
Sonda qəbul imtahanlarında yüksək bal toplayan abituriyentlərə və onların müəllimlərinə “Kaspi” Təhsil Şirkəti tərəfindən hədiyyələr təqdim olunub.
Nigar Abullayeva




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info