Azərbaycanda birinci Xalq Mahnıları Festivalı keçiriləcək
Tarix: 08.09.2018 | Saat: 13:39:00 | E-mail | Çapa göndər



Azərbaycanda ilk dəfə olaraq Xalq Mahnıları Festivalı keçiriləcək. Oktyabrın 8-dən 12-dək davam edəcək festival çərçivəsində xalq mahnıları üzərində illərlə tədqiqatlar aparan musiqişünasların çıxışlarından ibarət elmi simpozium, Xalq Çalğı Alətləri ansambllarının çıxışı, vokal gecəsi, sərbəst caz axşamının keçirilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-a məlumat verən “Mədəniyyət” kanalının direktoru Ramil Qasımov deyib: “Bu gün milli-mənəvi dəyərlərin qorunub saxlanması, onların gələcək nəsillərə ötürülməsi, həmçinin bu dəyərlərin dünya mədəniyyət irsində təbliğ olunması istiqamətində dövlətimiz tərəfindən görülən tədbirlər əvəzsizdir. Məhz Azərbaycan xalq mahnılarından ibarət festival keçirməkdə məqsəd radiomuzun Qızıl Fondunda olan, eyni zamanda, regionlarda illərcə nəsildən-nəslə ötürülən xalq mahnılarını tamaşaçılara təqdim etməkdir”.
O bildirib ki, festivalda məşhur musiqiçilərlə yanaşı, gənc və peşəkar ifaçıların da çıxışları nəzərdə tutulur. Xalq Mahnıları Festivalının tamaşaçıları trio və televiziyanın “Xatirə” ansamblının müşayiəti ilə mərhum və müasir bəstəkarların unudulmuş xalq mahnılarını dinləmək imkanı qazanacaqlar. Bu xalq mahnıları həm də Azərbaycan Televiziya və Radiosunun Cahangir Cahangirov adına Xorunun ifasında səslənəcək. Festival çərçivəsində müasir caz, instrumental improvizasiyaların da səsləndirilməsi nəzərdə tutulur. Düşünürəm ki, xalq mahnıları layihəsi musiqimizə yeni töhfə olacaq.
Festivalın sonuncu günü Əməkdar Artist, vokalçı Ramil Qasımov xalq mahnılarının Simfonik Orkestr üçün işləmələrini ifa edəcək.
Qeyd edək ki, festival “Mədəniyyət” kanalının təşkilatçılığı, Mədəniyyət Nazirliyinin dəstəyi, Beynəlxalq Muğam Mərkəzi, Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Dövlət Akademik Filarmoniyasının birgə təşəbbüsü ilə keçiriləcək.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Bədii əsərdə yer alan qəhrəmanlar tarix səhnəsində tez-tez xatırlanır
19.09.2018
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
19.09.2018
Sumqayıt teatrı 50-ci yubiley mövsümündə Hüseyn Cavidi anacaq
19.09.2018
Qusar Dövlət Ləzgi Dram Teatrı xüsusi kompozisiya təqdim edib
19.09.2018
Polşanın Jedvabne şəhərində Bakıya həsr olunmuş fotosərgi açılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info