Zaqrebdə aparılan danışıqlar Azərbaycan-Xorvatiya əlaqələrinin genişlənməsinə təkan verəcək
Tarix: 08.09.2018 | Saat: 16:48:00 | E-mail | Çapa göndər



Dövlətimizin başçısı İlham Əliyevin son səfərləri və dövlətlər arasında əldə olunmuş razılaşmalar ölkəmizin xarici siyasətinin dinamikliyini nümayiş etdirir, Azərbaycanın strateji tərəfdaşlıq əlaqələrinin güclənməsinə, dost və tərəfdaşlarının sayının artmasına xidmət edir. Azərbaycan Prezidentinin Xorvatiyaya rəsmi səfəri, Zaqrebdə keçirilən görüşlər Azərbaycan-Xorvatiya əlaqələrinin genişlənməsinə təkan verəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.
Milli Məclisin deputatı deyib: “Azərbaycan-Xorvatiya münasibətləri strateji xarakter daşıyır, bu əməkdaşlıq genişlənir və güclənir”. Səfər çərçivəsində imzalanmış sənədlərin ölkələr arasında ticarət dövriyyəsinin artırılmasına, müştərək investisiya layihələrinin icrasına imkan yaradacağını deyən deputat əlavə edib ki, Azərbaycan ilə Xorvatiya arasında aparılmış danışıqlar ölkələr arasında əczaçılıq, aqrar sahə, kənd təsərrüfatı məhsullarının emalı, gəmiqayırma və digər istiqamətlər üzrə iqtisadi əməkdaşlıq əlaqələrinin genişlənməsinə şərait yaradacaq. “Yaxın iki il ərzində Azərbaycan qazı ilk dəfə olaraq Avropa məkanına çatdırılacaq. Beləliklə, Avropanın enerji təhlükəsizliyinə növbəti töhfə veriləcək. Azərbaycan öz qaz potensialını daha böyük həcmdə Avropaya təqdim edə bilər”,- deyə A.Hüseynov bildirib.
Onun sözlərinə görə, Xorvatiya ilə İon-Adriatik qaz kəmərinin tikintisi ilə bağlı çox əhəmiyyətli danışıqlar aparılır. Təsdiq olunmuş 2,6 trilyon kubmetr qaz ehtiyatına malik Azərbaycan mavi yanacaq hasilatının artırılması ilə bağlı əlavə addımlar atmaq və ixrac coğrafiyasını daha da genişləndirmək fikrindədir.
Aydın Hüseynov qeyd edib ki, səfər, həmçinin Azərbaycanın Avropa İttifaqı və NATO ilə əməkdaşlığına da müsbət təsir edəcək. “Azərbaycan üçün Avropa İttifaqı və NATO çərçivəsində əməkdaşlıq da çox əhəmiyyətlidir. Ölkəmizin bu təşkilatlarla da əlaqələri inkişaf edir. Qeyd edək ki, Xorvatiya 2009-cu ildən NATO, 2013-cü ildən isə Aİ üzvüdür, buna görə də rəsmi Zaqreb Azərbaycanın bu qurumlarla əməkdaşlığının genişləndirilməsinə öz töhfəsini verə bilər”,-deyən deputat vurğulayıb ki, Xorvatiya "Cənub Qaz Dəhlizi" ilə bağlı Azərbaycan paytaxtında keçirilən 4 toplantıda yaxından iştirak edib. Xorvatiya hər zaman Aİ ilə münasibətlərdə Azərbaycanı dəstəkləyib və bu işə öz töhfələrini verib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Ermənistan yaxın zamanlarda KTMT-də tamamilə təklənəcək
16.11.2018
Rəsmi Paris Azərbaycanın işğal olunmuş ərazilərindən Fransaya qanunsuz səfərlərin qarşısını almalıdır
16.11.2018
Razılaşmanın düzgün və milli mənafelərə uyğun olduğunu düşünürəm
15.11.2018
Çavuşoğlu: “Star” neft emalı zavodu ilə Azərbaycan Türkiyədə ən böyük investor oldu”
15.11.2018
Bu gün Azərbaycan elminin əsas problemi – alimlərin məvaciblərinin aşağı olmasıdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info