Şokaladın keyfiyyətinə necə əmin olmaq olar?
Tarix: 28.06.2013 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Gündəlik qidamızda geniş istifadə olunan şokalad kakaodan, şəkər və digər dad və ətirverici maddələrdən istifadə edilməklə hazırlanan qənnadı məhsuludur. Tərkibində yaşıl çayda olan flavonoid maddəsi ürək-damar sisteminə müsbət təsir göstərir, insanın əhvali-ruhiyyəsini qaldırır, iştah yaradır. O, həmçinin E və B vitaminləri, dəmir, maqnezium, kalium cəhətdən zəngin olduğuna görə bədənin ehtiyaclarını ödəmək baxımından əvəzsiz qida qaynağıdır. Yüksək tonusqaldırıcı xassəyə və enerjivermə qabiliyyətinə malikdir. Şokalad istehsalında əlavə xammal kimi müxtəlif növ qərzəkli meyvələrin ləpəsindən, quru süddən, vaflidən, sukatdan və ətirli maddələrdən istifadə edilir. Şokalad kütləsinin emalından asılı olaraq adi və desert şokalad növlərinə ayrılır.
Konsistensiyası bərk olan şokalad məhsulları aromatlı, qida əlavələrilə və qatqı ilə ola bilər.
Şokaladı sanitar qaydaları gözləmək şərti ilə resept və texnoloji qaydalara və qəbul olunmuş standartın tələblərinə uyğun olaraq hazırlayırlar. Tərkibindəki toksik elementlərin, pestisidlərin, aflatoksininin və s. maddələrin miqdarı qəbul olunmuş normalardan artıq olmamalıdır. Şokaladın tərkibində olan yağ orqanizmə daxil olduqda xolesterol artımına səbəb olmur, hətta xolesterolun azalmasına kömək edir.
Tərkibindən asılı olaraq şokaladı qara, südlü və ağ kimi növlərə bölürlər. Bundan əlavə az miqdarda diabet növləri də vardır. Diabetli şokalad şəkər diabetli xəstələr üçün nəzərdə tutulub. Şokalad nə qədər qara olsa, tərkibində kakao yağının miqdarı da yüksək olur. Lakin həddən çox yemək piylənmə, səpmə, diş çürüməsi kimi problemlərə gətirib çıxara bilər. Kiçik yaşlı uşaqların bu məhsulu normadan artıq qəbul etməsi məsləhət deyil.
Məhsulun çeşidindən asılı olaraq markalanmasında qeyd olunan məlumatlarda müəyyən fərqlər olsa da, əsasən əmtəə nişanı, istehsalçı müəssisənin adı və ünvanı, məhsulun adı, xalis çəkisi, qida dəyərliyi və s. mütləq göstərilməlidir. Diabetli xəstələr üçün nəzərdə tutulmuş məhsulun üzərində isə həkimin təyinatına əsasən istifadə olunması qeyd edilməlidir.
Şokaladlar dənə, qarışıq, bir çeşiddə qablaşdırılmış və yaxud çəki şəklində buraxılırlar. Qablaşdırılmış şokaladların üzərindəki yazıda məhsulun tərkibi qeyd olunduğu üçün onun keyfiyyətini müəyyən etmək asandır. Kakaonun faiz tərkibinin yüksək olması onun yüksək keyfiyyətinə işarədir. Şokalad məmulatı bükülmüş və bükülməmiş halda satışa daxil olur. Bükülmüş şokalad qutulara qablaşdırılır. Plitka şokoladı iki və ya üçqat kağıza sarınmış (nazik sarğı kağızı, folqa və bədii bəzəkli etiket və ya kaşirovka olunmuş bəzəkli kağız) olur. Bükülmüş şokaladı xalis kütləsi 5 kq-a qədər olan karton yeşiklərə və ya 20-30 kq olan faner, taxta yeşiklərə qablaşdırırlar. Kütləsi 50 q. və daha çox olan şokaladın markalanmasında adi qeydlərlə yanaşı, tərkibin əsas komponentləri də göstərilir.
Şokalad məmulatını 18±3C temperaturda və 75% nisbi rütubətdə, əlavəsiz şokaladı 6 ay, əlavəli və içlikli şokaladı 3 ay, çəkilib satılacaq əlavəsiz şokaladı 4 ay, əlavəlini isə 2 ay saxlamaq olar. Şokaladın açıq günəş şüaları altında, spesifik qoxusu olan məhsullarla bir yerdə saxlanması qadağandır. Ona görə də bu məmulatları alarkən qeyd olunanlara diqqət edin. Bir çox şokaladlar qablaşdırılmadan, çəki ilə satılır. Bu zaman istehlakçıya onun keyfiyyətini müəyyən etmək çətin olur. Belə olduqda həmin şokaladı bütöv və ya qırıq halında götürüb iki barmağın arasında 2-3 dəqiqə saxlamaq kifayətdir. Əgər şokaladın tərkibində kakao 40%-dən aşağıdırsa, bitki və müxtəlif yağlar əlavə olunmuşsa, bu halda o, əriyəcəkdir. Bitki yağlarının əlavə olunmadığı keyfiyyətli şokaladlar isə uzun müddət əriməyəcək. Tərkibində 55%-dən artıq kakao məhlulu olan şokaladlar hətta yayda da ərimirlər. Şokalad alarkən onun qablaşdırılması, qoxusu və saxlama müddətinə diqqət etmək lazımdır.
Təqdim etdi: Qorqud




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb
16.11.2018
“Bakı Metropoliteni” işçi axtarır
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10493

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info