Avropa İttifaqı Britaniyanın “Breksit” planı üzrə təkliflərini qəbul etməyib
Tarix: 09.09.2018 | Saat: 00:28:00 | E-mail | Çapa göndər



“Breksit” üzrə danışıqlarda Avropa İttifaqı (Aİ) nümayəndə heyətinin rəhbəri Mişel Barnye Britaniyanın Aİ-dən çıxmaq planının əsas müddəalarını rədd edib.

AZƏRTAC xəbər verir ki, tərəflər arasında görüşün Avropa Komissiyası tərəfindən dərc olunan stenoqrammasına görə, avropalı siyasətçi Londonun azad ticarət zonasının yaradılması tələbini və gömrük qaydalarına dair təklifini “qəbuledilməz” adlandırıb. Barnye bildirib ki, planın müddəaları “Avropanın daxili bazarının bütövlüyünü şübhə altına alır”.
Baş nazir Tereza Meyin planında sənaye məhsulları üçün “qaydalar məcmusunun” Aİ tərəfindən qəbulu nəzərdə tutulur. Bu kontekstdə malların maneəsiz istehsalının təmin edilməsi üçün Böyük Britaniya ilə kontinental Avropa arasında yarımfabrikatların daşınmasının zəruriliyi ön plana çıxarılır.

Tereza Meyin planına görə, Aİ vətəndaşlarının qitə ilə Böyük Britaniya arasında sərbəst hərəkəti dayandırılmalıdır. Brüssel isə bunun tam əksini tələb edir. Bundan başqa, London Avropa Gömrük İttifaqını da tərk etmək niyyətindədir.
“Breksit” üzrə danışıqlarda əsas mübahisəli məsələlərdən biri gələcəkdə Aİ ilə Böyük Britaniya arasında sərhəd olacaq İrlandiya və Şimali İrlandiya sərhədində nəzarətin həyata keçirilməsidir. Brüsselin təklifinə görə, Aİ-nin gömrük qaydaları qeyri-müvəqqəti məhdudiyyətlər olmadan Şimali İrlandiyaya şamil olunacaq. Bu, Şimali İrlandiya və Böyük Britaniya arasında gömrük nəzarətinin tətbiq olunması deməkdir. Rəsmi London bu təklifi rədd edir. Barnye növbəti dəfə bəyan edib ki, bu qərar olmadan “Breksit” sazişini imzalamaq mümkün deyil.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Qətərdə regionun ultramüasir klinikası açılıb
19.11.2018
Putin:“Türk axını” tamamlandıqdan sonra Rusiya-Türkiyə enerji əməkdaşlığı daha da güclənəcək”
18.11.2018
Bolqarıstanı kütləvi etiraz aksiyaları bürüyüb
17.11.2018
Rusiyadan Ermənistana gedən magistralda 600-ə yaxın avtomobil qalıb
17.11.2018
Suriyada uşaqlardan ibarət terrorçu dəstələr yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info