Bu gün UEFA Millətlər Liqasının ikinci turuna start veriləcək
Tarix: 09.09.2018 | Saat: 11:30:00 | E-mail | Çapa göndər



Sentyabrın 9-da UEFA-nın yeni təsis etdiyi Millətlər Liqasının ikinci turuna start veriləcək.
AZƏRTAC xəbər verir ki, ikinci turun açılış oyunu “B” liqasının 2-ci qrupunda yer alan Ukrayna və Slovakiya yığmaları arasında baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. İlk turda Andrey Şevçenkonun yetirmələri Çexiya millisini səfərdə 2:1 hesabı ilə məğlub etmişdi. Slovakiya seçməsinin isə UEFA Millətlər Liqasında ilk oyunu olacaq.
Günün ən maraqla gözlənilən matçı “A” liqasında baş tutacaq. Rusiyada keçirilən dünya çempionatının qalibi olan Fransa yığması doğma meydanda Hollandiya komandası ilə üz-üzə gələcək. Qarşılaşma 22:45-də başlayacaq.
“C” liqasının 3-ci qrupunda yer alan Bolqarıstan yığması Norveç seçməsini qəbul edəcək. Qrupun digər oyununda Sloveniya millisi səfərdə Kipr yığmasının qonağı olacaq. Bu qrupun ilk turunda Norveç doğma meydanda Kipr millisini (2:0), Bolqarıstan seçməsi isə Sloveniya yığmasını səfərdə məğlub ediblər (2:1).
Azərbaycan millisini yer aldığı “D” liqasının 4-ci qrupunda Makedoniya yığması Ermənistan seçməsini, Lixtenşteyn millisi isə Cəbəllütariq komandasını qəbul edəcəklər. Bu qrupun ilk turunda Makedoniya yığması Cəbəllütariq seçməsini səfərdə (2:0), Ermənistan isə öz meydanında Lixtenşteyn millisini məğlub ediblər (2:1). Həmin liqanın 1-ci qrupunda Latviya millisi Gürcüstan seçməsinin qonağı olacaq.
“B” liqasının 4-ci qrupunda Danimarka millisi Uels yığmasını qəbul edəcək.
Xatırladaq ki, “D” liqasının 3-cü qrupunda yer alan Azərbaycan millisi sentyabrın 7-də Bakı Olimpiya Stadionunda Kosovo yığması ilə görüşdə qolsuz heç-heçə edib. Azərbaycan seçməsi növbəti oyununu sentyabrın 10-da səfərdə Malta yığmasına qarşı keçirəcək.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Akrobatika üzrə dünya kuboku yarışlarının qalibləri mükafatlandırılıblar
18.11.2018
Paracüdoçularımız dünya çempionatını on medalla başa vurublar
18.11.2018
UEFA Millətlər Liqası: İngiltərə növbəti mərhələyə yüksəlib
18.11.2018
Azərbaycan gimnastı Abdulla Əl-Məşayxi: Mübarizə çətin idi
18.11.2018
“Messi ilə Ronaldo Qızıl Top-a layiq deyillər”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info