Fransa radio və televiziyasında Qara Qarayevin əsərləri səsləndirilib
Tarix: 09.09.2018 | Saat: 14:38:00 | E-mail | Çapa göndər



Fransanın “Francemusique” radiostansiyasının klassik musiqiyə həsr edilmiş verilişində görkəmli Azərbaycan bəstəkar Qara Qarayevdən danışılıb.
AZƏRTAC xəbər verir ki, verilişdə Q. Qarayevin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verilərək, onun əsərləri səsləndirilib.

Parisdə keçirilən Yevgeni Svetlanov adına IV dirijorlar müsabiqəsinin bədii direktoru Röne Körinq verilişdə Qara Qarayevin musiqi aləminə töhfələrindən söz açıb. “Hər bir skripkaçı Qara Qarayevin “Skripka ilə orkestr üçün konsert” əsərini ifa etməlidir. Bu əsər şedevrdir”, –deyə R. Körinq dahi bəstəkarın əsərlərinin yüksək məziyyətlərini qeyd edib.
Q. Qarayevin rus dirijoru E. Svetlanovla dostluğuna toxunan müsabiqəsinin bədii direktoru deyib ki, rus dirijoru bütün konsert proqramlarına onun əsərlərini daxil etmişdir.
R. Körinq həmçinin Azərbaycanın bənzərsiz opera və estrada müğənnisi, SSRİ xalq artisti Müslüm Maqomayevin E. Svetlanovun mahnılarını ifa etdiyini də vurğulayıb.
Verilişdə Q. Qarayevin “Skripka ilə orkestr üçün konsert” əsəri, “Yeddi gözəl”, “İldırımlı yollarla” baletlərindən və digər əsərlərindən parçalar səsləndirilib.
Fransanın mezzo.tv kanalında da Q. Qarayev haqqında danışılaraq, onun əsərlərindən parçalar səsləndirilib.
Fransa radio və televiziyasında görkəmli bəstəkar Qara Qarayevə həsr edilmiş verilişlər Fransadakı səfirliyimizin, AZƏRTAC-ın və Fransa–Azərbaycan Dialoqu Assosiasiyasının (ADFA) birgə əməkdaşlığı ilə həyata keçirilib.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Britaniya Baş nazirinin Azərbaycan üzrə ticarət elçisi ölkəmizin musiqi mədəniyyəti ilə tanış olub
21.02.2019
Qurumuş bulaq
21.02.2019
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd edilib
21.02.2019
“Korsar” baleti Vladivostokda Eldar Əliyevin quruluşunda təqdim ediləcək
20.02.2019
Bakıda “Şekspir xalçalarda” müsabiqəsinə yekun vurulub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub
5 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info