Qurban Qurbanov: “Malta millisi fərqli sistemlə oynayır”
Tarix: 10.09.2018 | Saat: 11:43:00 | E-mail | Çapa göndər


“Vacib oyun üçün Maltaya gəlmişik. Bu oyun həm bizim, həm də rəqib üçün çox əhəmiyyətlidir. Malta millisinin Farer Adaları yığmasına qarşı keçirdiyi oyunu izləmişəm. Əslində, 1:3 hesabı ilə məğlub olmağa layiq deyildilər”. Bu sözləri futbol üzrə UEFA Millətlər Liqasının qrup mərhələsində səfərdə Malta millisi ilə qarşılaşacaq Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov deyib. Mütəxəssis bildirib: “Komandamıza gəldikdə, demək olar ki, oyuna hazırlaşmaq üçün kifayət qədər vaxtımız olmadı. Kosovo ilə görüşdən sonra bir günümüz yolda keçdi. Buna baxmayaraq, futbolçularıma güvənirəm və inanıram ki, istədiyimiz oyunu nümayiş etdirə biləcəyik. Malta millisi fərqli sistemlə oynayır. Sürətli futbolçuları var. Heç bir komanda məğlub olmaq istəmir. Çalışacağıq, müsbət nəticə əldə edək”. Qeyd edək ki, oyun Bakı vaxtı ilə saat 22:45-də Ta Qali milli stadionunda keçiriləcək. Qarşılaşma “CBC Sport” telekanalında birbaşa yayımlanacaq.




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
“Qalatasaray” komandası Çexiya klubunun futbolçusunu heyətinə cəlb edib
18.01.2019
Pentek “Milan”la müqaviləni razılaşdırıb
17.01.2019
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir
17.01.2019
Kriştianu Ronaldo: “İbrahimoviç mənim paxıllığımı çəkir”
17.01.2019
“Yuventus“ səkkizinci dəfə İtaliya Super kubokunun qalibi olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Dərslər təxirə salındı
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info