Ali məktəblərə yüksək balla qəbul olan füzulili gənclər mükafatlandırılıb
Tarix: 10.09.2018 | Saat: 12:24:00 | E-mail | Çapa göndər


Bu il Füzuli rayonunun orta ümumtəhsil məktəblərini bitirən məzunlardan 502 nəfəri respublikanın müxtəlif ali məktəblərinə qəbul olub. Gənclərdən 94 nəfəri 500-dən yuxarı, o cümlədən 34 nəfəri 600-dən çox bal toplayıb. Bu faktlar Füzuli rayonunda ali məktəblərə qəbul olmuş gənclərlə keçirilən görüşdə səsləndirilib. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Horadiz şəhərindəki abidəsini ziyarət edərək, önünə gül dəstələri qoyublar.
Təhsil şöbəsinin müdiri Ramella Məmmədova tədbirdə çıxış edərək, təhsilin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə həyata keçirilən layihələrdən, əldə olunan uğurlardan danışıb. Diqqətə çatdırıb ki, imtahanlarda 54 nömrəli tam orta məktəbin məzunu Əlixan Qarayev 690 bal, 1 nömrəli tam orta məktəbin məzunu Əsnay Hicranlı 680 bal, 47 nömrəli tam orta məktəbin məzunu Fəridə Səfixanlı 677 bal toplayaraq rayon üzrə ən yüksək nəticə göstəriblər. Rayonun ümumtəhsil məktəblərindən ən yüksək nəticəni isə 47, 48 və 1 nömrəli tam orta məktəblər göstərib. 47 nömrəli tam orta məktəbi bitirən 22 məzundan 21-i respublikanın müxtəlif ali məktəblərinə qəbul olub. 48 nömrəli tam orta məktəbi bitirən 20 nəfər, 1 nömrəli tam orta məktəbin isə 20 məzunu tələbə adını qazanıb.
Rayon icra hakimiyyətinin başçısı Alı Alıyev tələbə adını qazanan gəncləri təbrik edərək, onlara təhsildə və gələcək həyatda uğurlar diləyib, ölkəmizdə təhsil sahəsində əldə edilən uğurlardan, qazanılan nailiyyətlərdən danışıb. Bildirib ki, respublikamızın digər bölgələrində olduğu kimi, Füzuli rayonunda da təhsilin inkişafı istiqamətində mühüm işlər görülür. Təhsilə göstərilən xüsusi diqqət və qayğının nəticəsidir ki, rayon üzrə ali məktəblərə daxil olanların, o cümlədən 600-dən yüksək bal toplayanların sayı ildən-ilə artır. Çıxış edən gənclər və onların müəllimləri tədbirin təşkilinə görə minnətdarlıqlarını bildirib, öz sevinclərini bölüşüblər. Sonra ali məktəblərə qəbul olan gənclərə hədiyyələr təqdim edilib. Maraqlı konsert proqramı tədbir iştirakçılarında xoş ovqat yaradıb.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info