Gəmiçiliyin 160 illiyinə həsr olunmuş sərgi açılıb
Tarix: 10.09.2018 | Saat: 14:23:00 | E-mail | Çapa göndər


“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Bakı Metropoliteni” QSC-nin birgə təşkilatçılığı ilə “Gənclik” metrostansiyasında “Metro Gallery” layihəsi çərçivəsində “Gəmiçilik-160 il” mövzusunda fotoqalereya açılıb. Bu dəfə paytaxt sakinləri və Bakının qonaqları stansiyanın hər dörd çıxışının əsas vestibüllərində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin tarixini əks etdirən nadir fotoları görmək imkanı qazanıblar.
Foto sərginin ilk günündə rəsmi açılış mərasimi baş tutub. Açılışda çıxış edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi Mehman Mehdiyev bildirib ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyinə həsr olunan sərgidə 90-dan çox foto nümayiş olunur: “Fotoların hər biri Xəzərdə Azərbaycan gəmiçiliyinin müxtəlif dövrlərini əhatə edir. Burada Xəzər dənizində üzən ilk gəmilər, tanınmış dənizçilər, neft mədənləri, tacirlər haqqında maraqlı fotolara rast gəlmək mümkündür”.
Sərgidə müxtəlif arxivlərdən əldə edilən nadir fotolar nümayiş olunur. Onların əksəriyyəti araşdırmaçı-jurnalist, Bakı Media Mərkəzinin redaktoru, əməkdar mədəniyyət işçisi Müsəllim Həsənovun araşdırması ilə ortaya çıxıb. Gəmiçiliyin sifarişi əsasında tarixi-sənədli kitab yazan Müsəllim Həsənov qeyd edib ki, fotoların hər biri özündə böyük bir tarixi yük daşıyır. O bildirib ki, foto işlər həm Azərbaycanın, həm də Rusiyanın arxivlərindən əldə olunub. Daha sonra çıxış edən uzaq səfərlər kapitanı Muxtar Axundov Gəmiçiliyin qəhramanlıqlarla dolu tarixi və bugünkü dinamik inkişafı haqqında məlumat verib. “Bakı Metropoliteni” QSC-nin nümayəndəsi isə Bəxtiyar Məmmədov deyib ki, bu tipli tədbirlər «Bakı Metropoliteni» QSC-nin davamlı reallaşdırdığı sosial yönümlü proqramlarının tərkib hissəsidir. “Ümid edirik ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ilə gerçəkləşdirilən bu sərgi böyük maraqla qarşılanacaq. Çünki, burada doğrudan da, heç yerdə rast gəlinməyən fotolar mövcuddur”.
Sərgilənən hər fotonun yanında yerləşdirilən paspartuda onun anotasiyası qeyd edilib. Bundan başqa, sərgi izləyicilərinə fotoşəkillər barədə virtual məlumat almasına da şərait yaradılıb. Belə ki, izləyicilər smartfonları vasitəsi ilə şəkillərdəki "QR” koddan istifadə edərək Bakı metropoliteninin rəsmi saytında yerləşdirilmiş elektron qalereyaya daxil ola və fotoların yüksək keyfiyyətlə nümunələrini yükləyə bilərlər.
Fotolar ilin sonuna kimi sərgilənəcək. Bununla, stansiya keçidlərindən istifadə edən metro sərnişinləri – paytaxt sakinləri və şəhərimizin qonaqları, eləcə də mövzu ilə maraqlanan hər kəs Xəzər sularında gəmiçiliyin inkişaf tarixinə virtual səyahətə çıxmaq fürsəti əldə edəcəklər. Xatırladaq ki, bu il şanlı tarixə malik Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi 160 illik yubileyini qeyd edir. Xidmət sahəsinin müxtəlifliyinə görə “AXDG” QSC unikal gəmiçilik şirkətlərdən hesab olunur.


Tural




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
Şəhid qazancı...
22.02.2019
Elçin Quliyev: Azərbaycan Sərhəd Mühafizəsi ən müasir döyüş texnikaları, gözətçi gəmiləri ilə təchiz olunub
22.02.2019
Baş prokuror Salyan rayonunda vətəndaşları qəbul edib
22.02.2019
“İrəli” gəncləri “Women rights are human rights” layihəsində
22.02.2019
“Kaspersky Lab”: Azərbaycanda istifadəçilərin 60%-i antivirus quraşdırmaqda maraqlı deyil

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10615

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 Diaspor üzvləri Ümumavropa Qarabağ mitinqinə çağırış edib
3 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
4 1400 manat maaşla sürücü axtarılır
5 “İnternet medianın getdikcə daha da aktivləşməsi tendensiyasını müşahidə edirik”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info