700 bal toplamış gənc: “Azərbaycanda ən ideal universitet BANM-dir”
Tarix: 10.09.2018 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Müsahibimiz bu il qəbul imtahanlarında 700 bal toplayaraq Bakı Ali Neft Məktəbinə qəbul olan (BANM) Elgün Zamanlıdır:

- Elgün, özünüz haqda bir az danışın.

- Mən Elgün Zamanlı 2001-ci ildə Cəlilabad rayonunda anadan olmuşam. 2006-cı ildən Xırdalan şəhərində yaşayıram. 2007-ci ildə Xırdalan şəhəri 9 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olmuşam, 2018-ci ildə isə həmin məktəbdən məzun olmuşam.

- Qəbul imtahanında göstərdiyiniz uğura görə kimə təşəkkür edərdiz?

- Əlbəttə ki, valideynlərimə və müəllimlərimə təşəkkürümü bildirirəm. Onların üzərimdə əməyi çox böyükdür.

- Niyə I qrupa üstünlük vermisiz?

- Texniki fənlərə olan marağım və mühəndis olmaq arzum məni bu qrupa yönəltdi.

- Ən çox hansı fənni və nə üçün sevmisiz?

- Riyaziyyat. Digərlərindən fərqli olaraq bu fənlə məşğul olanda sıxılmırdım.

- Ali məktəblər arasında nə üçün məhz BANM-i seçdiz?

- Tələbələrinə göstərdiyi qayğısı ilə və universiteti bitirdikdən sonra işlə təmin etdiyinə görə digər universitetlərdən çox fərqlənir. Mənim fikrimcə, Azərbaycanda mühəndis olmaq istəyənlər üçün ən ideal universitet BANM-dir.

- Boş vaxtlarınız olduğu zaman nə etməyi sevirsiz?

- Boş vaxtlarımda futbol oynamağı və futbol izləməyi sevirəm. Bir sözlə, futbolla bağlı hər şeyi sevirəm. Şahmat oynamaq, dostlarımla gəzmək də boş vaxtlarımda etdiyim fəaliyyətlərdəndir.

- BANM-də hansı ixtisası seçdiz?

- Mən “İnformasiya təhlükəsizliyi” ixtisasını seçdim.

- Niyə məhz bu ixtisasda təhsil almağa qərar verdiz?

- Həm yeni açıldığı üçün mənə maraqlı gəldi, həm də düşünürəm hazırda ən perspektivli ixtisaslardan biridir. İndi yaşadığımız dövrdə “İnformasiya təhlükəsizliyi”nin nə dərəcədə mühüm olduğu hamıya məlumdur. Məhz bunun üçün heç tərəddüd eləmədən bu ixtisası seçdim.

- Seçiminizi özünüz etmisiz, yoxsa valideynlər, yaxınlar məsləhət görüb?

- Sözün düzü, həm valideynlərimin, həm də ki müəllimlərimin məsləhəti olub. Onların da məsləhətini nəzərə alaraq seçimimi etdim.

- Sizcə, müasir dövrdə parlaq gələcəyi olan daha hansı ixtisaslar var?

- Müasir dövrü kompütersiz təsəvvür etmək olmaz. Mənim fikrimcə, kompüterlə bağlı olan ixtisasların parlaq gələcəyi var. “İnformasiya təhlükəsizliyi”, “Kompüter mühəndisliyi”, “Proseslərin avtomatlaşdırılması mühəndisliyi” kimi ixtisasları nümunə göstərmək olar.

- BANM-i bitirdikdən sonra planlarınız nədir?

- Universiteti bitirdikdən sonra magistr oxumaq istəyirəm. Öz ixtisasım üzrə mükəmməl biliyə yiyələnib daha sonra karyeraya başlamaq fikrindəyəm.

- Gələcəkdə özünüzü hansı vəzifədə və hansı şirkətdə görmək istəyirsiz?

- Bu haqda indi hər hansı bir fikrim yoxdur. Onun üçün bir fikir bildirə bilməyəcəm.

- Sizcə, bir insanın uğur əldə etməsi üçün ona nə lazımdır?

- İnsanların çoxu uğur əldə edə bilmək üçün hər şeyə sahib olur. Amma yalnız əziyyət çəkənlər və özünə inananlar uğur əldə edir.

- Bəs nailiyyətlər insanın özünə, yoxsa şansa daha çox bağlıdır?

- Düşünürəm hər ikisindən – həm insandan, həm də ki, şansdan asılıdır.

- Dostluq nə deməkdir və dostlarınızı necə seçirsiz?

- Dostluq qan qohumluğu olmayan qardaşlıqdır. Çox dostum yoxdur. Sadəcə, xasiyyətini bəyəndiyim insanlarla dostluq edirəm.

- Sizdən sonra gələcək abituriyentlərə nə məsləhət edərdiz?

- Bizdən sonra gələcək abituriyentlərə özlərinə inanaraq çoxlu çalışmaqlarını məsləhət görürəm. Yalnız o zaman istədiklərinə nail ola bilərlər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
İsa Həbibbəyli: “Məsud Əlioğlu universal ədəbiyyatşünaslıq təfəkkürünə malik görkəmli alim olub”
25.09.2018
Çində ilk dəfə Azərbaycan Araşdırmalar Mərkəzi yaradılacaq
25.09.2018
Siyəzənin Tuğay kəndində yeni modul tipli məktəb binası istifadəyə verilib
25.09.2018
Monqolustan Prezidenti AMEA-nın Yüksək Texnologiyalar Parkı ilə tanış olub
25.09.2018
Çində Azərbaycan dili üzrə kadrların hazırlanmasına başlanılıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info