İİTKM ABŞ-ın Beynəlxalq Anlaşma üçün İşgüzar Şurası ilə əməkdaşlıq edəcək
Tarix: 10.09.2018 | Saat: 16:46:00 | E-mail | Çapa göndər


İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) və ABŞ-ın Beynəlxalq Anlaşma üçün İşgüzar Şurası (BCIU) arasında əməkdaşlığa dair memorandum imzalanıb. İİTKM-nin mətbuat xidmətindən bildiriblər ki, memorandumu mərkəzin icraçı direktoru Vüsal Qasımlı və BCIU-nun vitse-prezidenti Cefri Donald imzalayıb. Memorandum İİTKM və BCIU arasında dostluq və əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi, iki ölkə arasında ticarət və investisiyaların təşviqi və biznes fəaliyyəti üzrə daha asan və əlverişli mühit yaratmaq məqsədi daşıyır. Sənədə əsasən birgə beynəlxalq layihələrin həyata keçirilməsi, beynəlxalq tədbirlərin təşkili, Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycanın mövqeyinin gücləndirilməsi və daha rahat biznes mühitinin yaradılması məqsədilə "Azexport" və Rəqəmsal Ticarət Qovşağı üzrə mütəxəssis mübadilələrinin həyata keçirilməsi, hər iki tərəfin təşkil etdiyi tədbirlərdə, təhsil proqramlarında, təlimlərdə və ixtisaslaşdırılma kurslarında iştirakı nəzərdə tutulur. Memorandum İİTKM və BCIU-nun birgə təşkilatçılığı ilə Bakıda keçirilən "Azərbaycan Rəqabətlilik Forumu 2018" çərçivəsində imzalanıb.

Anar




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Azərbaycan İrana neft ixracını azaldıb
20.01.2019
Azərbaycan ilə Belarus arasında ticarət dövriyyəsi artıb
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info