Süd emalı sənayesinin dəstəklənməsi üzrə tədbirlər planı hazırlanacaq
Tarix: 10.09.2018 | Saat: 16:50:00 | E-mail | Çapa göndər


Süd emalı sənayesinin dəstəklənməsi üzrə tədbirlər planının hazırlanması gözlənilir.
Bunu AZƏRTAC-a açıqlamasında Süd Məhsulları İstehsalçıları və İxracatçıları Assosiasiyasının idarə heyətinin sədri Samir Eyyubov deyib.
Assosiasiya sədri bildirib ki, süd, qatıq, ayran, yumşaq pendirlər kimi sahələrdə süd emalı müəssisələrimiz daxili tələbatı ödəyir: “Ancaq iki məhsul var ki, onlardan asılılığımız 60-70 faizə bərabərdir. Bu, kərə yağı və bərk pendirlərdir. Südün ən çox istifadə olunduğu məhsullar da məhz bunlardır”.
Bir müddət öncə həm Kənd Təsərrüfatı Nazirliyində, həm də İqtisadiyyat Nazirliyində görüşlər keçirdiklərini xatırladan S.Eyyubov qeyd edib ki, danışıqlar zamanı mövcud çətinliklər və problemlər qaldırılıb, onların həlli yolları müzakirə olunub, tədbirlər planının hazırlanması gözlənilir. Cins heyvanların daha məhsuldar olduğunu bildirən Assosiasiya sədri hazırda respublikada 55 min başa yaxın cins heyvanın bəslənildiyini deyib: “Növbəti illərdə onların sayı artacaqdır. Belə ki, işçi müqaviləyə əsasən, gələn il ölkəmizə daha 5 min baş cins heyvan gətiriləcək”.




 
Bölməyə aid digər xəbərlər
22.02.2019
“Azeri Light”ın bir barreli 68,60 dollara satılır
21.02.2019
İnam Kərimov Sabirabadda vətəndaşlarla görüşəcək
21.02.2019
Fevralın 22-nə USD/AZN rəsmi məzənnəsi: 1,7000 manat
21.02.2019
Ət və quşçuluq məhsullarının istehsalçıları ilə müzakirələr aparılıb
21.02.2019
İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşıdır və ixracda birinci yerdədir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10611

1 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
2 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
3 ABŞ-da atışma: xəsarət alanlar var
4 Əsərləri dünyanın bütün elektron kitabxanalarında yer alan azərbaycanlı yazar
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info