Azərbaycan məhsulları “Ən yaxşı debüt” mükafatına layiq görülüb
Tarix: 10.09.2018 | Saat: 16:58:00 | E-mail | Çapa göndər


İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə ölkəmizin inşaat və tikinti materialları məhsulları sentyabrın 4-6-da Qazaxıstanın Almatı şəhərində keçirilən "KazBuild 2018" inşaat və tikinti materialları sərgisində nümayiş olunub. Nazirliyin mətbuat xidmətindən bildiriblər ki, xarici şirkətlərin və sərgi ziyarətçilərinin böyük marağına səbəb olan Azərbaycan məhsulları "Ən yaxşı debüt" mükafatına layiq görülüb. Azərbaycan məhsullarının yüksək zövq və peşəkərlıqla hazırlanmış stenddə təqdimatına görə AZPROMO sertifikatla mükafatlandırılıb. "KazBuild 2018" çərçivəsində Azərbaycanın inşaat və tikinti şirkətlərinin nümayəndələri xarici şirkətlərin təmsilçiləri ilə görüşlər keçirib, potensial müştərilərlə məhsulların ixracına dair müzakirələr aparıb, əhəmiyyətli nəticələr əldə edilib. Belə ki, tikinti materiallarının istehsalı ilə məşğul olan Azərbaycanın "FƏXRƏDDİN - K" MMC şirkəti Qazaxıstanın Almatı və digər regionlarında fəaliyyət göstərən tikinti şirkətləri ilə aparılan danışıqlarda şirkətin məhsullarının Qazaxıstanda satışına dair ilkin razılıqlar əldə edib. Sərgidə Azərbaycanın "NB Group" şirkətinin məhsullarına Qazaxıstanın "OBI Hipermarket" şəbəkəsi tərəfindən ciddi maraq göstərilib və məhsulların bu marketlərdə satışına dair müzakirələr aparılıb. Bundan başqa, Azərbaycanın "Semsan" şirkəti Qazaxıstanda və Rusiyada fəaliyyət göstərən tikinti şirkətləri ilə, həmçinin Polşadan və Özbəkistandan olan topdansatış şirkətləri ilə ixraca dair müzakirələr aparıb. Sərgi çərçivəsində Sumqayıt Texnologiyalar Parkı ilə Qırğızıstan, Tacikistan və Qazaxıstandan olan 4 şirkət arasında ixraca dair ilkin razılıq əldə olunub. Həmçinin Azərbaycanın "Caspi Marine Technologies" şirkəti ilə Qazaxıstan şirkəti arasında gəmi boyası və döşəmə örtüyü üçün 300 min ABŞ dolları dəyərində sifariş alınıb. Bu məhsulların ixracı oktyabr ayında həyata keçiriləcək. "KazBuild 2018" sərgisi Azərbaycan inşaat və tikinti materialları məhsullarının "Made in Azerbaijan" vahid ölkə stendində təqdim edildiyi ilk beynəlxalq sərgi olub.

Anar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Azərbaycan nefti bahalaşıb
13.11.2018
İpək məhsullarının ixrac potensialı
13.11.2018
Mətbuat milli maraqları müdafiə edir
13.11.2018
Ölkə üzrə pambıq tədarükü 210 min tona yaxınlaşıb
13.11.2018
AYİB-in maliyyə dəstəyi ilə Azərbaycanın özəl sektorunda 157 layihə reallaşdırılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10463

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info