ADPU-da təkrar ali təhsil almaq üçün 80 nəfər müraciət edib
Tarix: 10.09.2018 | Saat: 17:03:00 | E-mail | Çapa göndər


2018-2019-cu tədris ilinə hazırlıq planına uyğun olaraq Azərbaycan Dövlət Pedaqoji Universitetdə (ADPU) təkrar ali təhsil almaq üçün müraciət etmiş şəxslərlə görüş keçirilib. Görüşdə Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov, ADPU-nun fakültə dekanları, kafedra müdirləri, Davamlı təhsil və təlim şöbəsinin əməkdaşları, həmçinin 80 nəfər təkrar ali təhsil üçün sənəd vermiş şəxs iştirak ediblər. Tədbiri Davamlı təhsil və təlim şöbəsinin müdiri, dosent İsrayıl İsgəndərov açaraq görüşün keçirilməsinin məqsədi, ADPU-da əlavə təhsil sahəsində görülən işlər və mövcud vəziyyət, ADPU-nun daxili qaydaları və s. barədə ətraflı məlumat verib. Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov tədbir iştirakçılarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, Azərbaycanda son illər təhsil sahəsində aparılan islahatlar, o cümlədən pedaqoji kadr hazırlığı və yenidənhazırlanma təhsili sahəsində aparılan islahatlar, bu islahatlar nəticəsində qazanılmış uğurlar barədə ətraflı məlumat verib. Tədbirin sonunda təkrar ali təhsil üçün müraciət etmiş şəxslərin sualları cavablandırılıb.

Nigar




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Bilik Fondu Brayl üsulu ilə hekayələr kitabı nəşr etdirib
13.11.2018
BANM-da Avropa İttifaqının yeni layihəsi müzakirə olunub
13.11.2018
ASCO-nun əməkdaşları “World Maritime University”də magistr təhsillərini başa vurublar
13.11.2018
Azərbaycan İlahiyyat İnstitutunda Konstitutsiya Günü qeyd edilib
12.11.2018
Aİİ-də psixoloqla görüş keçirlib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info