Masallıda müşavirə: qanvermə aksiyalarının təşkili məqsədəuyğundur
Tarix: 10.09.2018 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Masallı şəhəri Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Masallı bölgəsi üzrə şöbəsi, Masallı Rayon İcra Hakimiyyəti və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) birgə təşkilatçılığı ilə Məhərrəmlik mərasimlərinin təşkili və Aşura günü qarşıda duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib. Tədbirdə idarə və təşkilatların, hüquq mühafizə orqanlarının rəhbərləri, dini icma sədrləri, din xadimləri, ağsaqqallar, yerli ərazi nümayəndələri, bələdiyyə sədrləri, məktəb direktorları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov keçirilən dini mərasimlərə ciddi nəzarət, zərərli təriqət üzvlərinin, dövlətçiliyimiz əleyhinə moizələr edən radikal “dindarların” cəmiyyət tərəfindən qınanması, dini maarifləndirmənin İslam dəyərlərinə uyğun gücləndirilməsi və digər vacib məsələlərə toxunaraq aidiyyati təşkilatlara tapşırıq və tövsiyələrini verib.
DQİDK-nın Masallı bölgəsi üzrə şöbəsinin müdiri Miryəhya Bədirov milli-mənəvi və dini dəyərlərimizin təbliği və təşviqi üçün dindarları mərasimlər vaxtı diqqətli olmağa, zəruri qaydalara əməl etməyə çağırıb. O, həmçinin dindarları moizə və xütbələrdə Vətən təəssübünü, milli və dövlət mənafelərimizi uca tutmağa səsləyib, azyaşlıların dini mərasimlərdə iştirakının yolverilməz olduğunu diqqətə çatdırıb.
QMİ-nin bölgə qazısı Mirqiyas Təhməzov Qazılar Şurasının fətvası və rayon üçün tərtib edilən azan vaxtlarının yerlərdəki tətbiqindən danışaraq bildirib ki, Məhərrəmlik mərasimləri ibadət ocaqlarında ictimai asayişə riayət olunmaqla keçirilməli, təziyə məclislərində Kərbəla şəhidləri ilə yanaşı Vətənimiz uğrunda canlarını qurban vermiş qəhrəman övladlarımızın da əziz xatirəsi ehtiramla anılmalıdır.
Masallı Rayon Polis Şöbəsinin rəisi Habil Əmiraslanov və DTX-nin Masallı rayon şöbəsinin rəisi Fuad Əliyev Məhərrəmlik mərasimləri zamanı əzadarlıq tədbirlərini keçirərkən ictimai asayiş qaydalarına riayət etməyi tövsiyə ediblər.
Digər çıxışçılar əzadarlıq qanvermə aksiyalarının təşkilinin məqsədəuyğun olduğunu vurğulayıblar.

Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Yaz-yay mövsümündə Balakənə 22 mindən çox turist gəlib
24.09.2018
Cəlilabadda 16 artezian quyusu qazılıb
24.09.2018
Havanın temperaturu enəcək, leysan yağacaq
24.09.2018
“Uşaqlar bizim gələcəyimizdir“
24.09.2018
Gömrük sistemi hərtərəfli dövlət dəstəyi ilə təmin olunub

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info