“Azərbaycan evi” Ankarada festivalda sonsuz maraqla ziyarət olunub
Tarix: 10.09.2018 | Saat: 18:16:00 | E-mail | Çapa göndər


Ankarada, şəhərin Etiməsqut rayonu bələdiyyəsinin təşkilatçılığı ilə Beynəlxalq Anadolu Günləri Mədəniyyət və Sənət Festivalı keçirilib. Festival çərçivəsində təşkil edilən Azərbaycan gecəsinə böyük maraq göstərilib, tədbirə onminlərlə yerli sakin qatılıb.
AZƏRTAC xəbər verir ki, Beynəlxalq Anadolu Günləri Mədəniyyət və Sənət Festivalı keçirildiyi 15 il ərzində bu qəbildən olan tədbirlər arasında böyük nüfuz qazanıb. Ənənəvi olaraq, Türkiyənin müxtəlif bölgələri ilə yanaşı türkdilli ölkələr və xalqlar da festival çərçivəsində öz mədəniyyətlərini nümayiş etdirirlər. On gün davam edən festivalın bağlanış mərasimi “Azərbaycan gecəsi”nə təsadüf edib. On minlərlə insanın qatıldığı gecənin iştirakçıları festival meydanında yaradılan “Azərbaycan evi”ndə ümummilli lider Heydər Əliyevin zəngin mənali həyat və fəaliyyətinə həsr edilmiş nadir nəşrlər, xalqımızın qədim və zəngin mədəniyyəti, ədəbiyyatı, milli mətbəximiz, eləcə də, ölkəmizin tarixini bugünkü inkişafını əks etdirən kitablarla tanış olublar.
Tədbirdə çıxış edən Etiməsqut bələdiyyəsinin sədri Ənvər Dəmirəl və Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim bu cür tədbirlərin iki ölkə arasındakı qardaşlıq əlaqələrinin daha da inkişaf etməsinə mühüm töhfə verdiyini bildirdilər.
Daha sonra Ankaranın Etiməsqut rayonu ilə qardaşlaşmış Şirvan şəhərinin nümayəndələri tədbirin təşkilatçılarına xatirə hədiyyələri təqdim etdilər. Azərbaycandan gələn incəsənət ustalarının təqdim etdikləri milli rəqslər, eləcə də bir-birindən gözəl xalq və bəstəkar mahnıları tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb. Türk tarixinin ən şanlı səhifələrini əks etdirən maraqlı kompozisiyalarla davam edən gecə tanınmış estrada ulduzu Murad Bozun çıxışı ilə yekunlaşıb.




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Qalust Qriqoryanın “yeni kəşfi”
21.09.2018
“Jamanak“: «KTMT İrəvanın bu təşkilatdan ümid gözləməməsini bəyan edir»
20.09.2018
Moldovada Dnestryanı bölgə ilə bağlı referendum keçiriləcək
20.09.2018
Sevak Akobyan: ”Hakimiyyət KİV-ə təzyiqi artıracaq”
20.09.2018
Tevos Arşakyan: ”Paşinyan boş-boş danışmaqla məşğuldur”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info